Ukrayna: separatçılar Donetsk və Luqanskda referendum keçirirlər

Şəklin mənbəyi, REUTERS
Ukraynanın iki şərq regionunda rusiyapərəst separatçılar “müstəqilik” referendumları keçirirlər.
Bu aksiya Ukrayna höküməti və Qərb tərəfindən pislənib.
Səsvermə məntəqələrində BBC müxbirlərinin xəbər verdiyinə görə qarışıqlıq hökm sürür, səsvermədə iştirak edənlər üçün müvafiq şərait yaradılmayıb, onların qeydiyyatı aparılmır.
Donetsk və Luqansk regionlarının liderləri kimi özünü elan etmiş şəxslər Rusiya prezidenti Vladimir Putinin referendumu təxirə salmaq barədə çağırışına əməl etməyiblər.
Bu arada Ukrayna rəsmiləri bildiriblər ki, referendumun keçirilməsi regionlarda "özünüdağıtma prosesslərinə" start verə bilər.
Ötən gecə üsyançıların nəzarət etdiyi Slovyansk şəhəri kənarında atışma səsləri eşidilib.
Şəhər "antiterror əməliyyatı" keçirdiyini elan etmiş Ukrayna qoşunları tərəfindən mühasirədə qalmaqdadır.
