Kiyev qaza görə Rusiyaya borcu köhnə qiymətlə ödəmək istəyir

Yatsenyuk
Şəklin alt yazısı, Kiyev Rusiya qazına borçu köhnə qiymət əsasında ödəmək istəyir.

Ukrayna Baş naziri Arseni Yatsenyuk bəyan edib ki, qazın qiyməti 1 min kub metr üçün 268,5 dollar təşkil edərsə, Kiyev Rusiya qazına görə əmələ gəlmiş borcun hamısını 10 günə ödəməyə ərzində hazırdır.

Xarkov aeroportunda keçirilmiş brifinqdə Yatsenyuk bildirib ki, Kiyev Qazproma Rusiya qazına qiyməti 2014-cü ilin 1-ci rübündə olduğu kimi 1 kub metr üçün 268,5 dollar səviyyəsində müəyyən etməyi təklif edib.

"Belə olarsa, Ukrayna 10 gün ərzində bütün borcları qaytarmağa hazırdır", - Yatsenyuk qeyd edib.

Bundan əvvəl Qazpromun nümayəndəsi Sergey Kupriyanov bildirmişdi ki, Ukraynanın qaza görə Rusiyaya borcu 3,5 mlrd dollara çatıb.

Mayın 3-də Rusiya energetika naziri Aleksandr Novak Kiyevin birtərəfli qaydada Rusiya qazına qiyməti müəyyən etmək səlahiyyətinə malik olmadığını bildirib.

Rusiyalı nazirin sözlərinə görə, indiki qiymətlər 2009-cu ilin kontraktı əsasında müəyyən edilir.

Novak qeyd edib ki, Ukrayna üçün qazın qiymətinə yenidən baxılmasına "heç bir əsas yoxdur”.

Xarkovda keçirilmiş hökümət iclasında Arseni Yatsenyuk Ukraynanın şərgində yerləşən müəssisələrin dövlət sifarişlərilə təmin edilməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə, söhbət hərbi-sənaye kompleksi, nəqliyyat və maşınqayırma sahələrindən gedir.

Ukraynadakı iqtisadi vəziyyəti Baş nazir "olduqca mürəkkəb" adlandırıb.