Gürcüstan dindarlara sovet dövründən qalan borcu ödəyir

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Nina Axmeteli
- Vəzifə, BBC Rus xidməti, Tbilisi
Gürcüstan hökuməti sovet rejimi illərində dini birliklərə vurulan zərəri qismən də olsa ödəmək qərarına gəlib.
Hökumət nümayəndələrinin sözlərinə görə, bu il Gürcü Pravoslav Kilsəsilə yanaşı hökumət daha dörd dini konfessiyaya maliyyə vəsaiti ayırmaq niyyətindədir.
Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, dövlət vəsaiti Gürcüstanda Sovet dövründə təqib edilən dini konfessiyalara ayrılacaq.
“Bu, müsəlman icması, bizim qardaş Erməni Qriqorian Kilsəsi, Roma Katolik Kilsəsi və yəhudi icması olacaq " .
Hökumət rəsmilərinə görə, zərərin qismən ödənişi təşəbbüsü Gürcüstanda mövcud olan bütün dinlərə bərabər hörmət əlamətidir.
Lakin bəzi hüquqları müdafiəçiləri ehtiyyat edir ki, hökümətin addımları, Gürcüstanda dini təşkilatların vəziyyətini daha da ağırlaşdıra bilər.
“Rəmzi jest”
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili dinlər arasında proporsional qaydada 4.5 milyon lari (təxminən 2,5 milyon dollar) məbləğinin bölüşdürüləcəyini bildirib.

Şəklin mənbəyi, BBC World Service
Nazir etiraf edib ki, ayrılacaq vəsait simvolikdir, çünki sovet dövründə dəymiş zərərin məbləğini bügün müəyyən etmək olduqca çətindir.
“Zərərin ödənməsi yalnız rəmzi səciyyə daşıyır. Bununla dövlət dini qurumlara sövet dövründə göstərilən təzyiqin necə ağır olduğunu anladığını, və heç olmasa vurulmuş ziyanın mənəvi ağırlığını yüngülləşdirməyə cəhd göstərdiyini nümayiş etdirir”, Paata Zakareişvili deyib.
Xüsusi status
Uzun illər boyu rəsmi Tbilisi yalnız Gürcüstan pravoslav kilsəsinə yardım göstərib.
Transparency İnternational Georgia təşkilatının məlumatına görə, 2002-ci ildən 2013-cü ilədək rəsmi Tbilisi Gürcüstan pravoslav kilsəsinə 200 milyon lari (təxminən $112 milyon) ayırıb.
Tışkilatın hesabatında qeyd olunur kı, Tbilisi höküməti dəfələrlə Gürcüstan patriarxlığına torpaq sahəsi və binaları simvolik 1 lari qiymərinə yaxudda müftə bağışlayıb.

Şəklin mənbəyi, BBC World Service
Pravoslav Kilsənin xüsusi statusu və ölkənin tarixində müstəsna rolu Gürcüstan Konstitusiyası səviyyəsində də təsbit olunub
Bu il Gürcüstan höküməti dövlət büdcəsindən Pravoslav Kilsəyə 25 milyon lari (təxminən $14 milyon) ayıracaq.
Zərərin hesablanması
Gürcü Pravoslav Kilsəsi ki, hökumətin qərarını alqışladığını bildirib.
"Hökumətin bu addımı ədalətin bərpası deməkdir ", - Gürcüstan Patriarxlığının bəyanatında qeyd olunub.
Digər dini icmaların nümayənədləri də bu qərarı alqışlayıb.
"Gürcüstanın Erməni kilsəsi hökümətin addımını alğışlayır”, Gürcüstandakı Erməni kilsəsinin rəsmi nümayəndəsi Levon İsaxanyan deyib.

Şəklin mənbəyi, BBC World Service
Eyni zamanda, Gürcüstan Baptist Kilsəsinin keçmiş baş yepiskopu Malxaz Songulashvili bildirir ki sovet dövründə Gürcüstanın lüteran-yevangelist kilsəsi əmlakının və dini icmasının 100 faizindən məhrum edilmişdi.
Sonqulaşvili hesab edir ki, "totalitar rejimin törətdiyi maddi və insan itkisinin ‘zərər’ sayılmaması təhqirdir".
"İkiqat təqib"
Gürcüstanın xalq müdafiəçisi bəyanatında hökümətin pravoslav kilsə ilə yanaşı digər dinlərə də maliyyə ayırmaq niyyətini alqışlayıb.
Lakin eyni zamanda o, xəbərdarlıq edib ki, maliyyənin Pravoslav kilsəsilə yanaşı daha yalnız 4 dini icmaya ayrılması dini qurumlar arasında bərabərliyi təmin etməkdənsə, maliyyələşmədən kənarda qalan dini icmaları "ikiqat təqib" şəraitinə salaraq, onların qeyri-bərabərsizliyini daha da dərinləşdirə bilər.
Gürcüstan Tolerantlıq mərkəzinin rəhbəri Beka Mindiaşvili isə, öz növbəsində, hesab edir ki dövlət maliyyələşməsinin seçilmiş yolu hökümətə kiçik dini icmalara nəzarət etmək imkanı yarada bilər.
Eyni zamanda maliyyədən kənar qalacaq dinlərin çətin vəziyyətə düşdüyü fikrilə razılaşan Beka Mindiaşvilinin təbirincə ən ədalətli ödəniş yolu sovet dövründə müsadirə edilmiş əmlakın dini icmalara qaytarılması olardı.
“Nədənsə hökümət bu addımı atmır və nəticədə bu məsələ yoğunlamaqda davam edir”, Mindiaşvili deyib. O vurğulayır ki, SSRİ-nin süqutundan sonra sovet dövrü ərzində dəymiş zərərin ödənməsinə və müsadirə olunmuş əmlakının qaytarılmasına yalnız Gürcüstan Pravoslav kilsəsi nail ola bilmişdi.

Şəklin mənbəyi, BBC World Service




