Gürcüstanda təcrid olunmuş kimsəsizlər

- Müəllif, Rayhan Demitri
- Vəzifə, BBC News, Tbilisi
Gürcüstan keçmiş sovet respublikaları arasında dövlət uşaq evi şəbəkəsini qəyyumluq sistemilə əvəzləməyə başlayan ilk ölkələrdən biridir.
Lakin fiziki məhdudiyyəti olan uşaqlar diqqətdən kənarda qalmaqda davam edir və cəmiyyətdən təcrid olunmuş vəziyyətdə həyat sürmək perspektivilə üzləşirlər.
18 yaşlı Vano (ad dəyişirilib) yatağında qıvrılmış vəziyyətdə uzanıb. Onun 10 yaşlı uşağa bənzər arıq bir vücudu var.
Onun ətrafdakılarla yeganə ünsiyyət vasitəsi dişlərini qıcatmaqla yaratdığı səsdir.
"Onun evi – onun yatağıdır", Vaşinqtonda mənzillənən əlillərə qayğı göstərən ‘Disability Rights International’ (DRI) təşkilatının əməkdaşı deyir.
Onun sözlərinə görə, Vano 5 ildir ki, belə vəziyyətdə yaşayır və çarpayısını yalnız yuyunmaq üçün tərk edir.
Vano beyin iflicindən əziyyət çəkir. O, Kojoridəki kimsəsiz və əlil uşaqlar evində qalan 22 uşaqdan biridir.
'Atılmışlar'
UNİSEF təşkilatının yardımı ilə Gürcüstan höküməti ölkədə uşaq müəssisələri şəbəkəsinin genişmiqyaslı islahatını həyata keçirir.
Başlanmış kampaniya gedişində minlərlə uşaq bioloji valideynlərinə qovuşub, qəyyumluğa götürülüb və bir qrup uşaq baxılmaq üçün ailələrə verilib.
"EveryChild Georgia" xeyriyyə təşkilatının əməkdaşı Andro Dadiani deyir ki, hökümət bu sahədə sovet dövründən qalmış uşaq evlərini ləğv etmək istəyir.
Rəsmi statistikaya görə, 2005-ci ildə Gürcüstanda fəaliyyət göstərən 49 kimsəsiz uşaq evlərindən bu gün yalnız 3-ü fəaliyyətini davam etdirir.

Lakin DRİ təşkilatı “Atılmışlar” adlı sön hesabatında Gürcüstan hökümətini əlil uşaqları keçirilən ishatların təsirindən kənarda saxlamaqda ittiham edib.
Hesabatda Gürcü Pravoslav kilsəsi nəzdində parallel uşaq evləri şəbəkəsinin yaradılması narahatlıqla qeyd olunur.
Hesabat müəlliflərinin iddiasına görə, Kilsə nəzdində fəaliyyət göstərən uşaq evlərində saxlanılan uşaqların sayı naməlumdur və həmin yerlərdə uşaqlar mümkün təhqir və pis davranış təhlükəsi qarşısında müdafiəsizdirlər.
İslahat
Gürcüstan höküməti əlil uşaqların qayğıdan kənarda qalması iddiaları ilə razılaşmır.
"İslahatın ilk mərhələsi sağlam uşaqları əhatə edir, əlil uşaqlara qayğı göstərilmə sisteminin islahatı 2-ci mərhələdə nəzərdə tutulub", Gürcüstan hökümətinin rəsmisi Mamuka Maçivariani deyir.
Rəsmi məlumatlara əsasən, dövlətə aid uşaq müəssisələrində bugünədək 104 fiziki məhdudiyyəti olan uşaqlar qalmaqdadır, 127 əlil uşaq isə artıq qəyyumluq qayğısı göstərilən şəbəkəyə keçirilib.
Lakin DRİ təmsilçisi Eric Matthews hökümətin statistic rəqəmlərlə “oyun oynadığını” deyir.
"Əlil uşaqların əksəriyyəti qəyyumluğa verilmir. Bəzi əlil uşaqlar artıq vəfat ediblər, bəziləri böyüklər üçün nəzərdə tutulmuş müəssisələrə keçiriliblər. Qalanları isə hökümətin nəzarətindən kənar olan Kilsə nəzdində olan uşaq evlərinə verilib".
Bağlı qapılar arxasında
Mamuka Maçivariani ölkədə Kilsə nəzdində fəaliyyət göstərən uşaq evlərinin sayından xəbərsiz olduğunu deyir.
"Onlar nəzarətimizdə deyil. Onların uşaqlara qayğı məsələsinə öz yanaşması var. Həmin müəssisələrin də hökümət nəzarətinə alınması istiqamətində iş aparılır."

Andro Dadiani deyir ki, hökümət Kilsə ilə əməkdaşlıq etsə də, Gürcü Pravoslav Kilsəsindən hesab istəməkdə həvəssiz görünür.
"Kilsə bu ölkədə ən yüksək nüfuza malik olan bir institutdur və Kilsəyə qarşı getmək seçicilərin etibarını itirməklə nəticələnə bilər”, Andro Dadiani qeyd edir.
Əlil yetiknilk
Bu yaxınlarda Vanonun 18 yaşı tamam olduğundan, onun da böyüklər üçün nəzrdə tutulmuş əlillər evinə köçürüləcəyi gözlənilir.
Həmin müəssisə Tiflis yaxınlığıda yerləşir və 69 nəfər qayğıya ehtiyacı olanı var.
21 yaşlı Simanın çarpayısı üzərində ikonalar və ailə üzvlərinin şəkilləri asılıb.
"Bacı-qardalarımın şəkilləridir. Əlilliyimə görə anam məndən uşaq yaşlarımda imtina edib”, Sima deyir.
Simanın dediyinə görə, o heç zaman məktəbə getməyib, məktəb təhsilini görməyib. Onun ləptopu var, lakin savadı olmadığından əsasən kompüter vasitəsilə ünsiyyət zamanı "smayliklər"dən istifadə edir.

DRİ hesabatına əsasən, əlil evlərində fiziki məhdudiyyəti olanların reabilitasiyas və sərbəst həyat sürməyə qadir olmaları üçün kifayət həcmdə hazırlıq işi aparılmır.
31 yaşlı Sopiko uşaq evində böyüyüb və həkimlər indi onun yüngül dərəcədə zehni xəstəliyə tutulduğunu aşkar ediblər. O, mobil telefonu vasitəsilə çəkdiyi 2 yaşlı körpəsinin fotosunu göstərir.
Uşaq ondan məhkəmə qərarı ilə uzaqlaşdırılıb, çünki Gürcüstan qanunlarına görə fiziki məhdudiyyəti olanlar üçün nəzərdə tutulmuş müəssisələrdə qalan pasiyentlərin uşağa baxmasına icazə verilmir.
Doğma uşağından ayrı yaşamağın necə ağır olduğunu təsvir edən Sopikonun gözləri dolur.
"Əlilliyi olan uşaqlar 18 yaşınadək qapalı, məhdud məkanda qalmağa məcburdur. 18 yaş tamam olandan sonra isə, onları digər qapalı məkana, böyüklər üçün nəzərdə tutulmuş müəssisəyə köçürülər”, Eric Mathews deyir.




