Türkiyə Silahlı Qüvvələri "siyasətə qarışmayacaq"

Türkiyə Silahlı Qüvvələri korrupsiya qalmaqalı fonunda ölkədaxili siyasi proseslərə qarışmayacağını bəyan edib.
Baş nazir Recep Tayyip Erdoğanı üç nazirin istefasından sonra kabinetində dəyişikliklər etməyə məcbur olub.
Genişmiqyaslı korrupsiya yoxlamaları nəticəsində onlarla həbs olunanlar arasında nazirlərin övladları da olub.
Qalmaqal foununda Türkiyə lirasının məzənnəsi dollara qarşı bir qədər də enib.
SQ-nin saytında dərc olunan bəyanatdan öncə korrupsiya qalmaqalının hərbi çevrilişə təkan verəcək olay kimi düşünüldüyü barədə mülahizələr izhar olunub.
“Türkiyə SQ siyasi mübahisələrə qarışmaq istəmir. Digər tərəfdən, SQ baş verən hadisələri diqqətlə izləyir”, - bayantada deyilir.
Türkiyənin tarixində hərbi çevrilişlər nadir hal deyil, lakin cənab Erdoğan on illik hakimiyyəti ərzində hərbiyyə üzərində nəzarəti gücləndirməyə nail olub.
