Pyatiqorsk: avtomobil patlayışında üç nəfər həlak olub

Pyatiqorsk partlayış
Şəklin alt yazısı, Son dəfə Pyatiqorskda 2010-cu ilin avqust ayında güclü partlayış törədilib

Şimali Qafqazdakı Pyatiqorsk şəhərinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi (DYHTM) binası yaxınlığında duran avtomobilin partlayışı nəticəsində ən azı üç nəfər həlak olub.

Polis məlumatına görə, ölənlərin üçü də təsadüfi yoldan keçənlər olub.

Milli Antiterror Komitəsinin məlumatına əsasən, avtomobildə əldəqayrılma qilafsız partlayıcı qurğu işə salınıb.

Partlayış Moskva vaxtı ilə saat 19:15 radələrində baş verib.

İstintaq Komitəsinin Regional İdarəsindən partlayış “Volqa” markalı avtomobili darmadağın edib.

Partlayış dalğası DYHTM binasının yarısını uçurub, yaxınlıqda yerləşən tikililərin şüşələri vurub sındırıb. Partlayış yerində təxminən 1 metr diametrində çuxur əmələ gəlib.

Şəhər administrasiyasında RİA Novosti agentliyinə deyiblər ki, hadisə yeri mühasirəyə alınıb, əhali təxliyə edilir. Əməliyyat qərargahı yaradılıb, təcili yardım maşınları partlayış yerində növbə çəkirlər.

Pyatiqorskdan başqa, qonşu kurortların da daxil olduğu bütün Qafqaz Mineralnıye Vodı rayonunda polis gücləndirilmiş növbətçilik rejiminə keçirilib.