Türkiyə ilə İraq Kürdüstanı neft-qaz kəmərləri üzrə "sövdələşməyə yaxındır"

İraq oil
Şəklin alt yazısı, İraq Kürdüstanı gündə 2 milyon barrel neft ixrac edə biləcək.

İraq Kürdüstanı və Türkiyə arasında milyardlarla dollarlıq qaz və neft kəmərlərinə dair sövdələşmə yekun mərhələsinə qədəm qoyub.

Bu kəmərlər İraqın yarımmuxtar əyalətindəki zəngin karbohidrogen sərvətlərini dünya bazarına çıxarmalıdır.

Sözü gedən layihələrdə Azərbaycan kəmərləri də rol oynaya bilər, Reuters agentliyinin icmalında deyilir.

Ekspertlər bildiriblər ki, Yaxın Şərq regionunda böyük geosiyasi dəyişikliyə səbəb ola biləcək bu kəmərlər İraq Kürdüstanına gündə 2 milyon barrel nefti dünya bazarına çıxarmaq və ildə 10 milıyard kubmetr qazı isə Türkiyəyə nəql etmək imkanı verəcək.

Türkiyə və kürdlər arasında belə bir sövdələşmənin mümkünlüyü bir neçə il əvvəl inanılmaz idi. O zaman Ankara İraqın Bağdad hökuməti ilə sıx münasibətlərə önəm verirdi.

Sövdələşmənin Azərbaycana təsiri

Türkiyə həmçinin Azərbaycan və İrandan da təbii qaz alır. Ekspertlər bildirirlər ki, Şimali İraqdan çəkilməsi planlaşdırılan milyardlarla dollarlıq qaz kəməri Türkiyənin ildə 10 milyard kubmetr qaz idxal etməsinə imkan yaradacaq.

Bu qaz hazırkı satıcılardan gələn qazdan xeyli ucuz olacaq.

Belə olduğu halda ucuz İraq qazı Azərbaycandan və İrandan alınan qazın qiymətlərinə təsir edə bilərmi?

“Turan Enerji” məcmüəsinin redaktoru İlham Şaban BBC Azərbaycancaya bildirib ki, İraqın şimalinda qaz infrastrukturu yoxdur.

Belə bir struktrurun yaradılmasına nəhəng məbləğlər xərclənəcək və qaz real olaraq bazara yalnız 2016-ci idə çıxacaq.

Ekspertin fikrincə, onun təxminlərinə görə, Şimali İraqdan nəql olunacaq qazın miqdarı ildə 10 milyard kubmetr yox, bunun yarısı qədər daha inandırıcı görünür.

Ekspertlər bildirirlər ki, TEC və Kürdüstan hökuməti arasında qaz sazişı artıq bu dekabrda imzalana bilər, lakin kəmərin tikintisi 2017-ci ilədək davam edəcək.

Xəbər verilir ki, Türkiyəyə ilk qazı İngiltərə-Türkiyə Genel Enerji şirkəti İraqdakı Miran və Bina Bavi yataqlarından nəql edəcək. Bu şirkətin rəhbəri BP-nin keçmiş icraçı direktoru Tony Haywarddır.

Türkiyə hökumətinə bağlı mənbə bildirib ki, qazın Avropa bazarlarına Azərbaycanın nəzarət etdiyi Transanadolu kəmərinə bağlanmaqla çıxarılması variantlardan biridir.

Rəsmi və tarixi xəbər

Lakin indi Türkiyə özünü enerji ilə təchiz etmək, habelə dünya bazarları üçün tranzit qabiliyyətini artırmaq üçün İraq Kürdüstanındakı təbii sərvətdən imtina edə bilmir.

Reuters yazır ki, danışıqlar prosesinə yaxın mənbələrdən gələn məlumata əsasən ötən həftə Kürd Regional Hökumətinmin başçısı Nechirvan Barzaninin İstranbula səfəri zamanı qaz və neft boru kəmərlərinin marşrutları və təməl texniki hazırlıqları barədə razılaşma əldə olunub.

“Bu rəsmi və tarixi məlumatdır” – deyib danışıq iştirakçılarından biri, - uzun illərdir ki, Türkiyə İraqın şimalı ilə hər hansı münasibətlərdən bilərəkdən yayınırdı. Bu çox cəsarətli, lakin zəruri addım idi”.

Lakin Türkiyənin bu addımları rəsmi Bağdadı hiddətləndirib. Mərkəzi İraq hökuməti bu qənaətdədir ki, ölkənin neft və qaz sərvətləri barədə qərarlar yalnız paytaxtda qəbul edilə bilər.

İraq bu narazılığını Vaşinqtona da bildirib.

Ölkə konstitusiyasına görə, İraq Kürdüstanı regionunun karbohidrogen sərvərtlərindəki payı 17 faizdən çox ola bilməz. Kürdlər isə bildirirlər ki, onların regional hökumətinin enerji siyasətindən bütün İraq xeyir görəcək, lakin Bağdad kürdlərin sonunda müstəqillik əldə edəcəklərindən narahatdır.

Ağır neft üçün kəmər

İraq Kürdüstanı özünün enerji sənayesi infrastrukturunu inkişaf etdirmək üçün Amerikanın neft-qaz nəhəngləri ExxonMobil, Chevron və Total şirkətləri ilə bir sıra sazişlər imzalayıb.

Ankara öz növbəsində, dövlət Türkiyə Enerji Şirkəti (TEC) yaradıb və onun Kürdüstanla münasibətlərində əsas rolu Exxon şirkəti oynayacaq.

Kürdüstan Regional Hökuməti tərəfindən dəstəklənən ilk neft kəməri demək olar, hazırdır və o artıq mövcud olan Türkiyə-İraq kəmərinə bağlanacaq. Bu kəmərlə neftin nəqli artıq dekabr ayında başlanacaq, Reuters agentliyinin icmalında deyilir.

Turkey pipelines
Şəklin alt yazısı, İraq Kürdüstanı və Türkiyə arasında neft və qaz kəmərlərinə dair danışıqlar yekun mərhələsinə daxil olub.

Kərkükdən Türkiyənin Aralıq dənizindəki Ceyhan portuna gedən kəmər hazırda gündə 1,6 milyon barrel neft nəql etmək gücünə malikdir və hesablamalara görə əlavə olaraq gündə 700 min barrel Kürdüstan neftini də götürə bilər.

Reuters agentliyinin təhlilində deyilir ki, İraq Kürdüstanında yeni yataqların inkişaf etdirilməsi ilə əlaqədar ikinci kəmərə ehtiyac son dərəcə kəskinləşə bilər.

Ekspertlər bildirirlər ki, ikinci kəmər əsasən Taq-Taq və Touke yataqlarından gələn daha ağır nefti nəql etmək üçün nəzərdə tutulur. Onun daha yüngül neftlə qarışdırılması keyfiyyəti aşağı sala bilərdi.

İkinci kəmər

İkinci kəmərin çəkilişində Türkiyənin Botaş şirkəti əsas rol oynamalıdır.

Yeni kəmər gündə 1 milyon barrel neft ixracına imkan verəcək.

Kürdüstan muxtar əyalətinin təbii ehtiyatlar naziri Ashti Hawrami bildirib ki, satılan neftin auditi üçün mərkəzi Bağdad hökumətinin də nümayəndələri dəvət ediləcək.

Bununla belə, neft gəlirləri Kürdüstan Regional Hökumətinin hesablarına oturacaq. Hawrami bildirib ki, Kürdüstan nefti bütün İraqın sərvətidir və gəlirin 83 faizi Bağdada köçürüləcək. Bağdad bu planların qeyri-qanuni olduğunu elan edib.

OPEC üzvü İraq Türkiyə üçün həmçinin zəngin qaz yataqları baxılmından maraqlıdır.

Türkiyə qarşıdan gələn on ildə Britaniyanı geridə buraxaraq Avropanın üçüncü böyük qaz istehlakçısına çevriləcək, Reuters agentliyinin iclmalında belə deyilir.