Putin Rusiya nüvə qüvvələrinə "xüsusi hazırlıq" əmri verib

Rusiya hərbi texnikası

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Rusiya hərbi texnikası (Arxiv foto)

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusuna nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi əmr edib.

Bu, Rusiyanın Strateji Raket Qüvvələri üçün işə düşməyə ən yüksək hazırlıq səviyyəsidir.

Müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla yüksək səviyyəli hərbi rəsmilərlə danışan Putin Qərb dövlətlərinin Rusiyaya qarşı "qeyri-dost hərəkətlər" və "qanunsuz sanksiyalar" tətbiq etdiklərini bildirib.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera-ya görə, Rusiya dünyada ən böyük nüvə silahı ehtiyatına malikdir, lakin NATO-nun da Rusiyanı məhv etmək üçün kifayət qədər silahı var.

Çox güman ki, məqsəd NATO-nun Ukraynaya dəstək verməsini əngəlləməkdir, Gordon Carrera deyir. Həmçinin Putin çox güman ki, nə qədər uzağa gedə biləcəyi barədə qorxu yaratmağa çalışır, müxbirimiz deyir.

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

line

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner-in təhlili

Rusiyanın hücumu tam şəkildə plana uyğun getmir.

Dördüncü gün ərzində Rusiya heç bir Ukrayna şəhərini ələ keçirə bilməyib və görünür ki, ruslar ağır itkilər verir.

Bu, Moskvada müəyyən məyusluq və hövsələsizlik doğuracaq.

Belarus sərhədində təklif olunan sülh danışıqlarının həm Moskvanı, həm də Kiyevi razı salacaq sövdələşmə ilə nəticələnəcəyini təsəvvür etmək çətindir.

Putin Ukraynanın tamamilə öz nəzarət dairəsinə qayıtmasını, Zelenski hökuməti isə müstəqil qalmağı istəyir. Bu, kompromis üçün elə də çox yer qoymur.

Putinin bugünki nüvə xəbərdarlığını da nəzərə alanda isə, çox ehtimal ki, yaxın günlərdə Rusiyanın Ukraynaya qarşı hücumu intensivləşəcək, mülki əhali arasında itkilərə isə indikindən hətta daha da az əhəmiyyət veriləcək.

Xarkov şəhəri

Şəklin mənbəyi, Reuters

line

Rusiya itki verdiyini etiraf edib

Ukrayna

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ukraynada yanan Rusiya hərbi texnikası

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynada itkilər verdiyini etiraf etsə də, rəqəmlər açıqlamayıb.

"Xüsusi hərbi əməliyyat gedişində Rusiya hərbçiləri arasında ölən və yaralananlar var", - TASS Rusiya Müdafiə Nazirliyinə bəyanatını iqtibas edib.

"Rusiya silahlı qüvvələrinin verdiyi itkilər məhv edilən millətçilərin sayından bir neçə dəfə azdır", - məlumatda qeyd olunub.

Ukrayna Xarkova nəzarəti bərpa edib

Xarkov

Ukrayna qoşunları Xarkov şəhərinə nəzarəti bərpa ediblər.

Bu xəbəri bazar günü Xarkov vilayətinin qubernatoru paylaşıb.

Bundan əvvəl Rusiya qoşunları Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova daxil olmuşdular, şəhərdə küçə döyüşlərinin getdiyi barədə xəbərlər verilirdi.

Ukrayna rəsmilərinə görə, Rusiyanın Ukraynaya qarşı hücumu başlayandan bəri 4300 rusiyalı hərbçi və 210 ukraynalı mülki vətəndaş ölüb - bu rəqəmlər müstəqil mənbələr tərəfindən yoxlanılmayıb.

Bakıda Ukrayna səfirliyinin qarşısında "Müharibəyə yox!" şüarı səsləndirilib

Bakıda Ukrayna səfirliyinin qarşısı

Şəklin mənbəyi, @cavidaga

Şəklin alt yazısı, Bakıda Ukrayna səfirliyinin qarşısı

Bakıda Ukrayna səfirliyinin qarşısına bu gün toplaşmış çox sayda insan "Müharibəyə yox!" şüarlarını səsləndiriblər.

Həmin aksiyadan görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kütləvi aksiyanın bəzi iştirakçıları tədbirdə Ukraynanın milli bayrağına bürünərək iştirak ediblər.

İştirakçılar Ukrayna bayrağının rənglərinə uyğun gələn mavi və sarı şarları havaya buraxıblar və selfi çəkdiriblər.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Bakıda Ukrayna səfirliyinin qarşısı

Şəklin mənbəyi, @cavidaga

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Ukraynada 4 azərbaycanlı həlak olub

Ukraynada baş verən hadisələr zamanı dörd azərbaycanlı həlak olub.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır."

Kiyev

Ukraynadan üç qonşu ölkəyə azı 200 min qaçqın gəlib

Rusiyanın Ukraynaya qarşı hücumu başlayandan bəri qonşu Polşa, Rumıniya və Slovakiyaya 200 min insan qaçıb gəlib.

Slovakiya rəsmilərinə görə, şənbə günü saat 06:00-dək təxminən 10 min insan son 24 saat ərzində Ukrayna ilə üç sərhəd keçid məntəqəsindən ölkəyə daxil olub.

Bu rəqəm indiyədək oturuşmuş orta statistik göstəricidən təxminən 10 qat çoxdur.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra üç gün ərzində 43 mindən çox ukraynalı Rumıniyaya qaçıb, 150 mindən çox insan isə Polşaya gəlib.

Ukraynadan minlərlə insanın qonşu Macarıstan və Moldovaya da keçdiyi bildirilir.

Ukrayna həmçinin Belarus və Rusiya ilə də həmsərhəddir.

Ukrayna

Şəklin mənbəyi, Getty Images