Zəngəzur sakinləri: "Yiyəsiz ölkəyik, ona görə də azərbaycanlılar gəlib çatıblar dağın başına"
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Ermənistan informasiya agentlikləri Azərbaycan silahlı qüvvələrinin dövlət sərhədini Geğarkunik və Sünik vilayətləri istiqamətində (Azərbaycanda Basarkeçər və Zəngəzur bölgələri deyirlər) pozaraq mayın 12-dən bəri Azərbaycan əsgərlərinin Ermənistan Respublikası ərazisində qaldığını bildirirlər.
Azərbaycan dəfələrlə sərhədi pozmadığını, torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.
Ermənistanın Qafan şəhərində fəaliyyət göstərən Zəngəzur televiziya kanalının reportajlarında Azərbaycan hərbçilərinin artıq üçüncü aydır Sevliç- Qaragöl gölünü əhatəyə aldığı və ərazini tərk etməyə hazırlaşmadığı deyilir.
Erməni tərəfi sovet dövrünün xəritələrinə əsaslanaraq, gölün 70 faizinin Ermənistan ərazisinə aid olduğunu bildirir.
Azərbaycan mənbələrində isə Qaragölün Azərbaycana məxsus olduğu qeyd olunur.





