İranda prezident seçkiləri: namizədlər kimdir?

Seçki plakatları

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, BBC Monitoring
    • Vəzifə, Təhlil

İranın Prezident seçkilərində iştirakına icazə verilmiş yeddi namizəddən biri, Möhsün Mehralizadə namizədliyini həftənin 3-cü günü geri götürüb, İRNA xəbər agentliyi məlumat yayıb.

Bununla da İranda iyunun 18-də prezidentlik uğrunda yarışanların sayı 6 olub.

Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum iki müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməz.

Seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən qüdrətli Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləmişdi.

Onlardan beşi şərti olaraq "mühafizəkar", ikisi isə "mərkəzçi" və "islahatçı" sayılır.

İbrahim Rəisi

Rəisi

Şəklin mənbəyi, Getty Images

Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərin lideri sayılır. Bir çoxları hesab edir ki, o, nəinki Prezident Ruhanini, hətta gələcəkdə Ali Dini Rəhbər Ayətullah Əli Xameneyini də əvəzləyə bilər.

İbrahim Rəisinin 5 rəqibindən heç biri onun qədər nüfuzlu fiqur sayılmır. Seçki kampaniyası gedişatında cənab Rəisi iqtisadi tənəzzüllə bağlı hökm sürən "çarəsizlik və naümidliyə" son qoyacağını vəd edib.

Möhsün Rezai

Rezai

Şəklin mənbəyi, Getty Images

Altmış altı yaşlı Möhsün Rezai 1981-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri təyin olunub.

O, 1980-88-ci illərdə İran-İraq müharibəsi zamanı İİKK qüvvələrinə rəhbərlik edib.

Möhsün Rezai 3 dəfə prezidentlik uğrunda mübarizəyə qatılıb. Bir çoxları onu "daimi namizəd" adlandırır.

Cənab Rezai Tehran Universitetinin iqtisadi elmlər doktorudur.

Səid Cəlili

Səid Cəlili

Şəklin mənbəyi, Getty Images

Səid Cəlili 2007-2013-cü illərdə, Mahmud Əhmədinejadın prezidentliyi vaxtı xarici işlər nazirinin müavini vəzifəsində işləyib.

O, eyni dövrdə nüvə məsələləri ilə bağlı danışıqlarda ölkəsinin nümayəndə heyətinin rəhbəri olub.

Cənab Cəlili 2013-cü ildəki prezident seçkilərində ona verilən səslərin sayına görə üçüncü yeri qazanıb.

Vəzifələrin çoxuna bilavasitə Ali Dini Rəhbər tərəfindən təyin olunduğuna görə, yeni nəsil onu "köhnə qvardiyanın" üzvü kimi görür.

Əbdülnasir Həmmati

Kampaniya şüarı

Şəklin mənbəyi, AFP/Getty images

Əbdülnasir Həmmati 2018-ci ildən bəri Mərkəzi Bankın rəhbəri vəzifəsində çalışıb. O, seçkilərə az qalmış namizədliyini geri götürmüş, yeganə islahatçı namizəd kimi tanınan Möhsün Mehralizadədən başqa seçkilərdə iştirakına icazə verilən yeganə qeyri-mühafizəkar namizəddir.

Əbdülnasir Həmmati müxtəlif administrasiyalar dövründə mühüm vəzifələrə təyin olub. Bu, onun fərqli siyasi qütblərə mənsub qüvvələrlə işləmək qabiliyyətinin sübutu kimi qəbul edilir.

İqtisadi elmlər doktoru olan Əbdülnasir Həmmati, həmçinin Tehran Universitetində dərs deyir.

line

Digər namizədlər

İnteraktiv məzmunu görmək üçün brauzerinizi yeniləyin

Əmirhüseyn Qazizadə Haşimi

Əmirhüseyn Qazizadə Haşimi 2008-ci ildən bəri Məşhəd seçki dairəsini təmsil edən millət vəkilidir.

O, ötən ilin mayından bəri parlament sədrinin birinci müavinidir.

Əmirhüseyn Qazizadə Haşimi 50 yaşındadır və prezident vəzifəsinə iddiaçılar arasında ən gənc namizəd sayılır.

Əlireza Zakani

Alireza Zakani 2015-ci il nüvə razılaşmasının qəti əleyhdarı kimi tanınır.

O, 2004-2016-cı illərdə parlament üzvü olub. Ötən ilki seçkilərdə qələbə qazanaraq yenidən millət vəkili seçilib.

Vaxtilə tələbələrin Bəsic Müqavimət Qüvvələrinin rəhbəri olub.

Həmçinin oxuyun: