Qeyri-şəffaf rubl: Rusiya valyutasının zəifliyinin səkkiz səbəbi

Şəklin mənbəyi, Aleksey Smishlyev/TASS
- Müəllif, Olqa Şamina
- Vəzifə, BBC Rus Xidməti, Soçi
Adətən neftin qiyməti artan zaman dollar zəifləyir, rubl isə əksinə möhkəmlənir.
Lakin son həftələrdə hər şey əksinə baş verir: Brent neft markası 13% bahalaşıb - bir barreli 63,41 dollara qalxıb, rubl isə dollara nisbətdə 1,8 faiz zəifləyib.
BBC Rus Xidməti iqtisadçılardan rublun qeyri tipik vəziyyətinin səbəblərini öyrənib, həmçinin Rusiya milli valyutasının ilin sonuna olan məzənnəsinin proqnozunu toplayıb.
Cümə axşamı Moskva birjasında dolların məzənnəsi 59,3 rubl olub. Sonuncu dəfə rublun bu cür məzənnəsi bu ilin avqustunda olub.
Bəs onda rubl niyə ucuzlaşır, neftin qiyməti isə qalxır?
Oktyabrın əvvəlində İqtisadi İnkişaf Nazirliyinin makroiqtisadi və proqnozlaşdırma departamentinin direktoru Polina Badasen deyirdi ki, rublun neftdən asılılığı hiss ediləcək dərəcədə zəifləyib.
Son həftələr ərzində bu tendensiya daha da nəzərə çarpır.
BBC-ə açıqlama verən iqtisadçılar bunun niyə baş verdiyini və hazırda rubla nəyin "təzyiq" göstərdiyini izah ediblər.
Birinci səbəb: investorlar inkişaf etmiş ölkələrin valyutasını satır və dollar alırlar.
Hazırda investorlar dolları "dəstəkləyirlər".
Buna səbəb isə ABŞ-da vergi islahatlarına qarşı müsbət gözləntilərin olması və bu ölkədə inflyasiyanın səviyyəsidir.
"Deutsche Bank"ın itisadçısı Elina Rıbakova belə hesab edir.
Dollar digər valyutalara da nisbətdə möhkəmlənir.
O cümlədən iqtisadiyyatı neftin qiymətindən asılı olan inkişaf etmiş ölkələrdə və dövlətlərdə də.
Məsələn, dollar Norveç kronasına və Kanada dollarına nisbətdə də möhkəmlənir.
"Aton"un baş təhlilçisi Yakov Yakovlev etiraf edir.
Rubl hazırkı vəziyyətdə digər valyutalardan daha yaxşı dinamika nümayiş etdirir.
VTB Kapital-ın Rusiya və MDB üzrə itisadçısı Aleksandr İsakov deyir.
Onun sözlərinə görə, oktyabr ayında rubl cəmi 0,5%, digər inkişaf etmiş ölkələrin valyutalar isə (Asiyadan başqa) 3,5-4% zəfləyib.
"Daha uzun üfüqlərdə rublun mövqeyi daha inandırıcı görünür: avqustun əvvəlindən o əsas rəqiblərini təqribən 8% geridə qoyub", - deyə o qeyd edir.
"Biz ilin sonuna qədər rubl üçün əhəmiyyətli dəyişikliklər gözləmirik. Biz əvvəkli kimi onun dollara nisbətdə 60 rubl olacağını düşünürük", - "Sberbank" KİB-in (Korporativ İnvestisiya Biznesi) Tom Levinson.
İkinci səbəb: investorlar sanksiyalardan qorxurlar
"Alfa-bank"ın nümayəndəsi Nataliya Orlova rublun ucuzlaşmasını ABŞ tərəfindən tətbiq ediləcək yeni sanksiyalar qorxusuyla əlaqələndirir.
"İnvestorlar hesab etdilər ki, neftin yüksək qiymətlərinin fonunda ən yaxşısı mənfəəti Rusiya aktivlərinə qoymaq və onları satmaqdır", - deyə o izah edir.
Bu ilin yayında ABŞ-da qəbul edilən qanun Rusiya qiymətli kağızlarının alınmasına daha ciddi məhdudiyyətlərin qoyulmasının mümkünlüyünü nəzərdə tutur. BKS-in (Brokerkreditservis) baş itisadçısı Vladimir Tixomirov izah edir ki, bu hal Rusiya rubl istiqraz bazarından xarici valyuta vasitələrinin azalmasına gətirib çıxara bilər. Və bu gözləntilər rublun "sıxılmasına" birbaşa təsir edir.
"VTB Kapital"ın nümayəndəsi İskakov qeyd edir ki, Rusiya istiqraz bazarına xarici sərmayələrin axını artıq azalmışdır.
Üçüncü səbəb: Maliyyə Nazirliyi valyuta alışını artırır
Bu ilin fevral ayından Maliyyə Nazirliyi Mərkəzi Bankın köməyilə neftin bir barreli 40 dolları ötdüyü zaman bazarda valyutanı alır.
Maliyyə Nazirliyinin alışları noyabrda kəskin artıb: nazirlik oktyabr ayındakı 76 milyard rublun qarşılığında 122,8 milyard almağı vəd edir.
"Ekspert RA" reytinq agentliyinin baş iqtisadçısı Anton Tabax Maliyyə Nazirliyi tərəfindən valyuta alışını rublun ucuzlaşmasının "tətikləyicisi" adlandırıb.
Noyabr ayında valyuta alışı artıb, dekabr və yanvarda həmçinin böyük həcmli alışı gözlənilir.
Raiffeisenbank-dan Denis Porıvay bildirir. Və bu rubla təzyiq amilidir. O, əlavə edir.
Prinsipcə Maliyyə Nazirliyi tərəfindən gündəlik alınan valyutanın həcmi valyuta bazarının ümumi miqyası ilə müqayisədə böyük deyil.
Lakin rublun "zəif" dövründə investorlar düşünürlər ki, ilin əvvəlindən satın alınmadan toplananlar artıq 12 milyard təşkil edir.
"Aton" nümayəndəsi Yakovlev belə düşünür.
Dördüncü səbəb: şirkətlər xarici borcları qaytarmağa hazırlaşırlar
BKS-dən olan Vladimir Tixomirov xatırladır ki, il ərzində xarici borclar üzrə ən böyük ödənişlər dekabr ayına düşür.
"Hazırda bir çox şirkətlər ya valyutanı alır, ya da sadəcə qazanc əldə etmək üçün (zəruri məbləği - BBC ) ixrac gəlirlərinin satışını azaldır. Ona görə də, bizdə valyuta tədarükünün həcmi azalır, valyutaya olan tələbat artır", - deyən Denis Porıvay qarşıdakı ödənişləri 9 milyard dəyərində qiymətləndirir.
Beşinci səbəb: VTB "Rosneft" in səhmlərinin alışına kredit ayıra bilər
Porıvayın sözlərinə görə, rublun məzənnəsinə "Rosneft" in səhmlər paketinin yeni sövdələşməsi də təsir edir.
Ötən ay VTB-nin başçısı Andrey Kostin bankın "Rosneft" səhmlərinin 14,16 faizinin alınması üçün Çinin CEFC şirkətinə kredit ayırmağa hazır olduğunu təsdiqləyib.
Kreditin məbləği 5 milyard avro təşkil edə bilər.
"VTB Kapital"ın başçısı Yuriy Solovyov isə kreditin məbləğinin "Rosneft"in səhmlər paketinin bazar qiymətindən və valyuta məzənnəsindən asılı olacağını dəqiqləşdirib. Porıvay bunun valyuta axınını artıracağını istisna etməyib.
Altıncı səbəb: bankların valyuta likvidliyi tükənib
Porıvay rublun məzənnəsinə təzyiq göstərən daha bir amilin adını çəkib - bankların valyuta likvidliyi yoxdur. Burada söhbət likvid aktivlər barədə gedir - bu xarici banklardakı müxbir hesablardakı və xarici banklardakı depozitlərdəki qalıqlardır.
Məsələn, sentyabrın sonunda banklar Mərkəzi Bankdan valyuta mübadiləsi sövdələşməsi üzrə maksimum 3 illik borc götürüblər və vəsaitin həcmi 1.5 milyard dollardır.
Kənardakı sözlər - Bizdə rublun məzənnəsi dollara nisbətdə 57 rubldan azca aşağıdır , hardasa 56,5-dir. Biz düşünürük ki, ABŞ-dakı vergi islahatları bizi bir az təccübləndirəcək və bütün inkişaf etmiş ölkələrdə müsbət dəyişikliklərin şahidi olacağıq. Elina Rıbakova, "Deutsche bank"
"Əvvəllər bu likvidilik xarici borc da daxil olmaqla bizə böyük vəsait axınının öhdəsindən gəlməyə imkan verdi. Sentyabrda isə bu likvidlik ehtiyatı tükəndi", - deyə Porıvay izah edir.
Yeddinci səbəb: insanlar məzuniyyətə gedir və valyuta alırlar
Rublun məzənnəsinə rusiyalların özlərinin də təsir göstərməsi mümkündür.
İrəlidə məzuniyyət mövsümü var və onun ərəfəsində valyuta alınır. BKS-dən olan Tixomirov deyir.
"VTB Kapital"ın nümayəndəsi İsakov üçüncü rübdə 21%-ə yüksələn məhsul idxalı həcminin artmasını xatırladır.
Səkkizinci səbəb: dördüncü rübdə büdcə xərcləri artacaq
Tixomirov həmçinin izah edir ki, ilin sonunda ənənəvi olaraq büdcə xərcləri artır. Bu xüsusilə noyabr-dekabr aylarında nəzərə çarpır. O, bunun rubla təzyiq göstərəcəyinə əmindir.
İlinin sonuna dollar neçə rubl olacaq?
Doqquz iqtisadçıdan 6-sı dolların ilin sonuna 60 rubl olacağını gözləyir. Bu da onların proqnozu.
BBC Rusca Xidmətinin əlaqə saxladığı iqtisadçılardan heç biri rublun güclü devalvasiyasını gözləmir.
Ən bədbin proqnoz dolların 62 rubl olacağıdır.
Rublun bu qədər ucuzşlamasının mümkünlüyünü Raiffeisenbank-ın nümayəndəsi Denis Porıvay və "Alfa-bank" əməkdaşı Nataliya Orlova irəli sürüblər.
"2018-ci ilin əvvəlində rubl möhkəmlənə bilər, çünki ilin bu dövründə Rusiyaya enerji daşıyıcıları idxalından gəlir maksimum həddə çatır", - "Sberbank" KİB-in baş strategisti Tom Levinson deyir.
O, həmçinin rublun məzənnəsinin neftin qiymətələrindən asılılığının bərpa olunacağını da istisna etməyib.
"Qış tarixən güclü ixrac hesabıyla rubl üçün və bayramlardan sonra idxalın ənənənvi azalmasıyla əlverişlidir", - deyə Bank of America Merrill Lynch-in baş iqtisadçısı Vladimir Osakovskiy bildirir.
İqtisadçının fikrincə, neft bazarında sürpriz baş verməsə bu amillər ilin sonundan başlayaraq rublu dəstəkləməyə başlay acaq.
"Deutsche Bank"-ın əməkdaşı Elina Rıbakovanın fikrincə, rublun məzənnəsinə gələn il büdcə qaydalarının necə işləməsii də təsir göstərir.
Maliyyə Nazirliyi yüksək neft qiymətlərindən daha effektli gəlir əldə edəcək. Onun sözlərinə görə, investorlar artıq buna hazırlaşırlar.








