İşə "cənazə avtobusu" ilə gedən sərnişinlər

Şəklin mənbəyi, Superomsk.ru
- Müəllif, BBC Monitoring
- Vəzifə, "Başqa yerdən xəbərlər"
Rusiyanın Omsk şəhərində bir özəl şirkətin istifadə etdiyi avtobuslar o qədər də rahat deyil. Nəqliyyat şirkəti burada cənazə maşınlarını avtobuslara çevirərək istifadəyə verir.
Omskdakı dayanacaqlarda gözləyən sərnişinlər avtobusa mindikdən sonra avtomobilin kənarlarında üz-üzə yerləşən oturacaq cərgələrindən başqa arxada da gözə çarpmayan qapını olduğunu görə bilər.
Superomsk.ru-nun xəbərinə əsasən bunun səbəbi özəl şirkətlərin köhnə cənazə maşınlarını alıb avtobusa çevirmələridir.
Rusiyanın VKontake sosial şəbəkəsində bu qeyri-adi avtobuslar barədə çox sayda şərhlər olub.
Bir istifadəçi "Omskda yaşayanları parlaq bir qələcəyə hazırlayırlar" deyib. Başqası isə "belə yollarla bu lap öz yerindədir" d.

Şəklin mənbəyi, Wikimedia/Artem Svetlov
