Mərkəzi Bank: "Əhalinin günahı yoxdur, günahkar bankirlərdir," rəsmi Yerevan türk hərbçi müfəttişləri ölkəyə buraxmayacaq

bank

Şəklin mənbəyi, Reuters

Mərkəzi Bankın sədri Elman Rüstəmov ümid edir ki, bağlanmış banklardakı bloklanmış əmanətlərlə bağlı məsələ əmanətçilərin xeyrinə həll ediləcək. Rəsmi Yerevan ATƏT-dən Ermənistana gələcək yoxlama heyətindəki türk hərbçi müfəttişləri ölkəyə buraxmayacaq. Amnesty İnternational özünü İslam Dövləti adlandıran qrupun döyüşçülərindən uşağı olan yezidi qadınları xaricdə yaşamağa çağırır, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Elman Rüstəmov: "Bank menecerləri, bank sahibləri əhalini aldatmışdı"

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov son bağlanan banklarda əmanətləri bloklanmış vətəndaşlarla bağlı Konstutisiya məhkəməsinin müsbət qərar verəcəyini düşünür.

Bir müddət öncə "AtaBank", NBC bank, "AG Bank" və "Amrah bank" bağlanmışdı. Bundan sonra bəzi əmanətçilər bildiriblər ki, onların banka qoyduqları əmanət bloklanıb və qorunmayan əmanət kimi tanınıb.

Əmanətçilər deyiblər ki, onlar banka vəsait yerləşdirərkən, banka əmanət qəbulunun qadağan edilməsindən xəbərsiz olublar və faktiki aldadılıblar.

Elman Rüstəmov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, əhalinin burda heç bir günahı yoxdur. "Bank menecerləri, bank sahibləri əhalini aldatmışdı, günahkar da onlardır".

Baş bankirin sözlərinə görə, təxminən 1300 adamın 62 milyonluq əmanətindən söhbət gedir.

O, hazırda bu məsələyə Konstitusiya Məhkəməsində baxıldığını və tezliklə qərar veriləcəyini söyləyib:

"Biz Konstitusiya Məhkəməsi qarşısında ekspert kimi də, bu istiqamətdə nəzarət göstərən orqanlar kimi də bildirdik ki, biz düşünürük ki, əhalinin hüquqları bərpa olunmalıdır. Konstitusiya Məhkəməsi ilə daim kontaktdayıq. Hazırda daxili prosedurlar gedir. Prosedur 1 həftə -10 gün çəkə bilər. Biz çox pozitiv və nikbin qərara ümid edirik".

Baş bankirin sözlərinə görə, təxminən 1300 adamın 62 milyonluq əmanətindən söhbət gedir.

Ermənistan Türkiyə Azərbaycan bu gün hərb hərbçilər hərbi parad hərbi təlimlər

Şəklin mənbəyi, mfa.am

Ermənistan türk həbçilərinin Azərbaycana gəlməsini özünə təhlükə sayır

Rəsmi Yerevan ATƏT-dən Ermənistana gələcək yoxlama heyətinin tərkibindəki türk hərbçi müfəttişləri ölkəyə buraxmayacaq.

Məlumatı çərşənbə günü Ermənistanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında Daimi Nümayəndəliyi yayıb.

Bu qərarın iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş vermiş qarşıdurmaların ardından Türkiyə tərəfindən "Ermənistana görünməmiş təhdidlər"ə görə qəbul edildiyi bildirilib.

"Davam edən Türkiyə-Azərbaycanın birgə hərbi təlimləri Qarabağ münaqişəsi zonasında vəziyyəti daha da gərginləşdirir. Türkiyə tərəfindən Ermənistana edilən hər hansı bir hərbi yoxlama səfəri ... Ermənistanın təhlükəsizlik maraqlarına mənfi təsir göstərəcək və əhalisinin təhlükəsizliyinə xələl gətirə bilər,"- açıqlamada deyilir.

Ermənistanın bu qərarı CFE Müqaviləsində və Vyana Sənədində təsbit edilmiş prinsiplərə əsaslanır və Ermənistanın təhlükəsizlik maraqları və narahatlıqlarından irəli gəlir, - qurumun bəyanatında vurğulanır.

Daimi Nümayəndəliyin bəyanatında deyilir ki, Azərbaycanın Ermənistana "qarşı hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyən və misli görünməmiş təhlükələrə əl atan Türkiyə tərəfindən Ermənistanda aparılan hər hansı bir hərbi yoxlamaya" imkan verilməyəcək.

Qurum bildirir ki, xüsusən 12 iyul 2020-ci il tarixindən etibarən Ermənistan Avropadakı Adi Silahlı Qüvvələr haqqında Müqavilə və Vyana Sənədinin icrasına sadiq qalsa da, belə bir qərarı Türkiyə tərəfindən aparılan hərbi yoxlamalara və Ermənistan ərazisinə Türkiyədən gələn qonaq müfəttişlərə tətbiq edəcək.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində 5 gün fasilələrlə ağır döyüşlər baş verib. Azərbaycan bir general-mayorunu və daha 13 hərbçisini, bir mülki sakinini itirdiyi bu döyüşlərə görə Ermənistanı günahlandırır.

Ermənistan bu döyüşlərdə 5 hərbçisini itirib.

yezidi İslam Dövləti bu gün xəbər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Çoxsaylı yezidi uşaqlar hələ də köçkündürlər.

Amnesty ID döyüşçülərindən uşağı olan yezidi qadınları xaricdə yaşamağa çağırır

Amnesty International təşkilatı İraqda özünü İslam Dövləti adlandıran yaraqlıların əsarətindən qurtulmuş yezidi dini və etnik azlığına mənsub uşaqların ağır fiziki və əqli problemlərdən əziyyət çəkdiyini bəyan edib.

Bir çox yezidi uşaq 2014-cü ildə İslam Dövləti onların ərazilərini ələ keçirərkən öldürülüb.

Qurtulan 2 minə yaxın şəxs ehtiyacı olan köməyi hələ də ala bilmir.

"Amnesty İnternational" bu uşaqların hamısının tərk edildiyini və onların uzun müddətli dəstəyə ehtiyacı olduğunu bildirib.

İslam Dövləti onların İlaqın şimalındakı qədim torpaqlarına hücum edərkən yezidilər Sinjar dağına sığınıblar. Bir çoxu öldürülüb, 7 minədək qadın və qız tutularaq qul edilib. Onların bir çoxu zorlanıb.

Bəzi oğlanlar döyüşdə əzalarını itiriblər, təcavüzə uğramış bəzi qızlar isə heç vaxt uşaq sahibi ola bilməyəcəklər. Amnesty İslam Dövləti döyüşçülərinin körpələrini dünyaya gətirən Yezidi qadınlarını uşaqları ilə xaricdə yerləşməyə çağırır.

Şimali İraqdakı onlarla müsahibəyə əsaslanan hesabatda qurtulmuş uşaqların "uzun müddətli xəsarətlərdən əziyyət çəkdikləri", həmçinin post-travmatik stres pozğunluqlar yaşadıqları", "əhval dəyişikliyi" və "çırpıntılardan" narahat olduqları bildirilir.

Minlərlə yezidinin ilişib qaldığı köçkün düşərgələrində təhsil hələ də əlçatımlı deyil.

İslam Dövləti döyüşçüləri ilə evləndirilmiş yezidi qadınlar isə psixoloji yaralarla mübarizə aparırlar.

Stonehenge abidəsi meqalit daşları neolit dövrü Böyük Britaniya

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı, Stonehenge-dəki meqait daşlarından olan abidənin mənşəyini indiyə qədər müəyyən etmək mümkün olmamışdı.

Stonehenge abidəsinin sirri çözülüb

Stonehenge-də dayanan meqalit daşlarının mənşəyini indiyə qədər müəyyən etmək mümkün olmamışdı.

Nəhayət Stonehenge-də nəhəng sarsen daşlarının mənşəyi 60 il sonra abidənin geri qaytarılmış itkin bir parçasının köməyi ilə kəşf edilib.

Bir metr uzunluğundakı daşın sınağı abidənin meqalitlərinin tərkibi ilə müqayisə olunub.

Arxeoloqlar daşların mənbəyinin abidədən 15 mil (25km) şimalda - Marlborough yaxınlığında bir yerdə olduğuna işarə edirlər.

İngilis İrsinin üzvü Susan Greaney bu kəşfin "əsl həyəcanverici olduğunu" bildirib.

Abidəyə aid bəzi kiçik daşlar Uelsdəki Preseli Hillsində də görülsə də, onların mənşəyi indiyədək müəyyənləşdirilə bilməmişdi.

1958-ci ildə arxeoloji qazıntılar zamanı çıxarılan və harada olduğu bilinməyən bir daşın geri qaytarılması arxeoloqlara onun kimyəvi tərkibini təhlil etməyə imkan verib.

Bu işlərdə iştirak etmiş 89 yaşlı Robert Philips ötən il abidənin sözügedən hissəsini geri qaytarmaq qərarına gəlib.