Xanəndə Teymur Mustafayev koronavirusdan vəfat edib, Türkiyə F-35 döyüş təyyarələrinin istehsalı prosesindən uzaqlaşdırılıb

Şəklin mənbəyi, Getty Images
Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Silahlı Qüvvələrin işi üzrə Komitəsi gələn ilin Milli Müdafiə büdcəsində F-35 qırıcılarından 95 ədəd istehsal etmək üçün 9,1 milyard dollarlıq büdcənin təsdiqləndiyini açıqlayıb.
Komitə əlavə olaraq, Lockheed Martin tərəfindən istehsal edilərək Türkiyəyə satılan, lakin təhvil verilməyən altı təyyarənin də uyğunlaşdırılaraq ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən istifadəsinə icazə verib.
Bu qərarlar Senatın Silahlı Qüvvələrin işi üzrə Komitəsində ABŞ-ın 2021-ci il üçün Mİlli Müdafiə büdcəsinin müzakirədə olan qanun layihəsinə daxil edilib. Layihənin qüvvəyə minməsi üçün proses davam edir. Döyüş təyyarələri Ankaranın Rusiyadan S-400 hava hucumundan müdafiə sistemi satın almasına görə yaranan anlaşılmazlığa görə Türkiyəyə təhvil verilməyib.
ABŞ və NATO S-400-ün NATO sistemlərinə uyğun olmadığını və göstərdi, buna görə də bu ölkə layihə ortağı olduğu F-35 yeni nəsil döyüş təyyarələrinin istehsalından uzaqlaşdırılıb.
Fransadan yerli aviasiya sənayesinin xilasına 15 milyard avro dəstək

Şəklin mənbəyi, CHESNOT/GETTY IMAGES
Hava yolu sənayesi koronavirus pandemiyasına görə yaranmış böhrandan təsirlənənlərdən biri olub. Aviaşirkətlər nəqliyyatın hərəkətin kəskin azaldıb və təyyarə almaqdan imtina edib.
Bəs, müxtəlif ölkələrin səlahiyyətliləri sənayenin böhrandan çıxmasına necə kömək edir?
Fransa bu həftə aerokosmik sənayesinin 15 milyard avro dəyərindəki xilas planını ortaya qoydu. Bu planın məqsədi Airbus təyyarəsi istehsalçısına və milli Fransa Air France şirkətinə dəstək olmaqdır.
Plana əvvəllər Air France-dan yeddi milyard avro yardım daxil edilmişdi. Aviaşirkətin donanması koronavirus pandemiyası səbəbindən "yerdən qalxa bilməyib", onun ortağı KLM isə Hollandiya dövlətinin dəstəyini alıb.
Qlobal aviasiya sənayesi hava səyahətlərinin azalması səbəbindən böyük itkilər yaşayır ki, bu da yeni təyyarələrə sifariş sayının azalmasında özünü göstərir. Bu sifarişlərin azalmasının təsirləri xırda detal istehsalçılarına da təsirsiz ötüşməyib.
ABŞ hakimiyyəti Boeing korporasiyalarına kömək edirmi?
Boeing pandemiyadan əvvəl ağır böhran içində idi - 2018 və 2019-cu illərdə son modifikasiya edilmiş 737 MAX tipli iki təyyarənin qəzaya uğramasından sonra bort proqramında səhvlər aşkar edildi.
Hələ nəhayət dayandırılmamış istintaq zamanı bu təyyarələrin bütün dünya donanması zorla uçuşdan çıxarıldı.
2020-ci ilin əvvəllərində Boeing bu təyyarələrin istehsalını dayandırdı, lakin may ayında şirkət yenidən işə başladı. Bu, şirkəti komponentlərlə təmin edən daha kiçik Boeing ortaq şirkətlərinə dəstək üçün zəruri bir tədbir oldu.
Max 737 təyyarələri isə hələ də səmaya qalxa bilməyib.
Koronavirusun yayılması səbəbiylə hava yolu sənayesinə pandemiyaya görə tətbiq edilən məhdudiyyətlər korporasiya üçün yeni zərbə olub. Nəticədə Boeing ABŞ səlahiyyətlilərindən kömək istəyib və dövlətdən milyardlarla kredit alacağını gözləyir.
Məsələn, mart ayında korporasiya səlahiyyətliləri özlərinə nə qədərinin çatacağını göstərmədən bütün təyyarə sənayesi üçün 60 milyard dollar ayırmağa çağırmışdı.
Rusiyada isə aviaşirkətlər maaşları ödəmək və donanmanın saxlanması üçün hökumətdən subsidiya alır. İyunun 3-nə olan məlumata görə, 18 aviaşirkət indiyədək ümumilikdə 9.454 milyard rubl (təxminən 137.221 milyon dollar) məbləğində subsidiya alıb, digər 13 şirkət isə yaxın gələcəkdə 238 milyon (3.4 milyon dollar) ala bilər.
Aviaşirkətlərə subsidiyalar ən çox Rusiya təyyarələrini almaq vədinə əsasən verilir. Dövlət təyyarə sənayesinə dəstək həm bu sahəyə birbaşa investisiya, həm də satınalmaların stimullaşdırılmasıdır.
Xanəndə Teymur Mustafayev koronavirusdan vəfat edib
Xalq artisti Teymur Mustafayev 82 yaşında koronavirusdan vəfat edib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyin məlumatına görə, xanəndə yerli klinikalardan birinə gətirilib, ona ikitərəfli COVID-19 pnevmoniyası diaqnozu qiyulub. Şəkərli diabet olan Teymur Mustafayevdə kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı müşahidə olunub.
O, reanimasiya şöbəsinə yerləşdirilsə də, iyunun 11-də orada vəfat edib.
Azərbaycan Dünya FİFA reytinqində 114-cu yerdədir
Dünya futbolunu idarə edən FİFA milli komandaların reytinqini dərc edib.
Burada Azərbaycan yığmasının əvvəlki redaksiya ilə müqayisədə yeri dəyişməz qalır. 1177 xal toplayan Azərbaycan 114-ci yerdə qərarlaşıb.
Cədvəlin ilk sətirini Belçika zəbt edib, Braziliya üçüncü yerdədir. Ondan sonra İngiltərə millisi gəlir.
Türkiyə 29, Rusiya 38, Gürcüstan 91 və Ermənistan 102-ci pilləni tutur.
Dünya reytinqinin tərtibində xalların sayı, rəqiblərin gücü və matçların əhəmiyyəti kimi amillər nəzərə alınır.
Reytinq, milli komandanın nisbi gücünü və inkişaf dinamikasını qiymətləndirməyə imkan verir.

Şəklin mənbəyi, EPA VIA TASS
Rusiyada Covid-19: ölümlə bağlı vəziyyəti "başa düşmək çətindir"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqramın rəhbəri deyib ki, Rusiya səhiyyə sisteminin digər Avropa ölkələrinə bənzərliyi və əhalinin sayını nəzərə alaraq, ölüm səviyyəsinin aşağı olması ilə bağlı vəziyyəti "anlamaq çətindir".
"Əlbəttə ki, ölümlərin sayının təsdiqlənmiş halların sayına nisbətdə çox az olması qeyri-adi haldır," - Mike Ryan bildirib.
Rəsminin qeyd etdiyi kimi, koronavirusa görə ölüm səviyyəsinin aşağı olması testlərin geniş əhatəsilə izah edilə bilər, lakin Rusiya hakimiyyəti ölümlərin hesablanması üçün hansı metodologiyadan istifadə etdiyini göstərməlidir.
ÜST-ün bəyanatına cavab verən Rusiya bildirib ki, ölüm səviyyəsinin aşağı olması statistik manipulyasiya deyil, daha təkmil səhiyyə sistemiylə bağlıdır.
Rusiyada koronavirusla bağlı 6532 ölüm halı qeydə alınıb, hadisələrinin ümumi sayı 500 mini keçib.
Rusiyada COVID-19-dan "ilk dəfə qanuni oğru” ölüb
70 yaşlı Saçino Qeqeçkorinin Sankt-Peterburq şəhərinin xəstəxanasında vəfat etdiyi bildirilir.
Primecrime.ru agentliyinə istinadən Rusiya mətbuatında yayılan xəbərlərə əsasən, Qeqeçkori geniş ictimaiyyətə yaxşı tanış olmasa da, kriminal aləmdə böyük nüfuza sahib "avtoritet sayılıb".
Onun Sankt-Peterburq şəhərində fəaliyyət göstərdiyi qeyd olunur.
Harry Potter-in müəllifi translar haqqında tvitinə cavab verib

Şəklin mənbəyi, Reuters
Yazıçı Joanne Rowling ötən həftə sonu Twitter-də paylaşdığı mesajında demişdi: "Cinsiyyət həqiqi bir şey deyilsə, eyni cinsdən olanların bir-birinə cazibəsi də yoxdur deməkdir. Əgər cinsiyyət həqiqi bir şey deyilsə, qadınların yaşamaq reallığının üstündən xətt çəkilçiş olur. Mən trans insanları tanıyıram və sevirəm, amma cinsiyyət konseptinin üstündən xətt çəkmək, çoxlarının öz həyatını müzakirə etməsi imkanlarının da üstündən xətt çəkir"
Bu onun anti-trans olmasına dair iddialara gətirib çıxarıb. Bu hətə isə o, keçmişdə məişət zorakılığına və cinsi təcavüzə məruz qaldığını etiraf edib.
Joanne Rowling öz vebsaytında yayımlanan geniş açıqlamada son günlər cəlb olunduğu qalmaqala münasibət bildirib.
Yazıçını transfobiada ittiham edənlər deyir ki, o transgender qadının qadın olduğunu və transgender kişinin kişi olduğunu qəbul edə bilmir.
Onun müəllifi olduğu, onlarla dildə dərc olunmuş Harry Potter romanları bir çox ölkədə bestseller - ən yaxşı satılan bədii əsər adını qazanıb.






