Toyda havaya atəş vaxtı bəy qasığından güllə xəsarəti alıb

Şəklin mənbəyi, Getty Images
Misirdə toy şənliyi zamanı qonaqlar atəş açarkən güllələrdən biri bəyin qasığına dəyib.
Xaya, omba və əlindən ciddi xəsarət almış şəxsə xəstəxanada tibbi yardım göstərilib.
28 yaşlı Osman Əl-Said sonuncu subaylıq gecəsini qeyd edərkən havaya boşaldılmaq əvəzinə ona doğru tuşlanan silahdan açılan atəşlə güllə yarası alıb.
Polis deyir ki, səhlənkarlığa yol verən 26 yaşlı silah sahibi olub.
İnsidentdən sonra hadisə yerini tərk edən şübhəli, polis tərəfindən yaxalanaraq dindirilib.

Şəklin mənbəyi, Getty Images
Sosial mediada geniş reaksiya doğuran hadisənin ardınca toylarda havaya atəş açmaq ənənəsinin qadağasına dair çağırışlar güclənib.
"Şad olduğunuzu ifadə edərkən bunu etmisinizsə, məyus və yaxud da qəzəbli halda nə edərdiniz?", - Twitter istifadəçilərindən biri sual edir.
Misirdə ötən ay buna bənzər daha bir hadisə baş verib, Stepfeed nəşri xəbər verir.
İnsident vaxtı ombasından xəsarət almış qonaqlardan biri xəstəxanaya aparılıb. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb.





