You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Zehni məşqlər: pul daxılında hansı sikkələr var və nə qədərdir?
Bizim növbəti tapmacamız hesabla bağlıdır.
Uğurlar arzulayırıq!
Tapmaca 30
Donuz təsvirli pul daxılında 21 funt 45 pens var.
Bu məbləğ 4 fərqli sikkələrdən toplanıb. Bununla yanaşı burada bütün sikkələrin sayı bərabərdir, ən böyüyü isə 1 funt dəyərindədir.
Burada müxtəlif sikkələrin sayı və bu sikkələrin dəyəri nə qədərdir?
(Britaniya dövriyyəsində dəyəri 1 penni, 2,5,10,20, 50 pens və 1 və ya 2 funt olan sikkələr var. 1 funtda 100 pens var )
Cavab
13 sikkə 5, 10, 50 pens və 1 funt.
2145 müxtəlif dəyərli pensdə olan sikkələrin ümumi cəminə bölünməlidir.
1, 2, 5, 10, 20, 50 və 100 pens dəyərli sikkələrdən müxtəlif birləşmələr qururuq və cəmləşdiririk. Daha sonra 2145-i alınan məbləğə bölərək biz görürük ki, bu say 5, 10, 50 və 100 (pens və ya 1 funt) təşkil edir.
Əgər onları cəmləsək onda 165 pens alınacaq, hansı ki, 2145-də 13 dəfə uyğun gəlir.
Tapmaca, yüksək inkişaf əmsalı olan insanlar üçünMensa təşkilatı tərəfindən hazırlanıb.