You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Zehni məşqlər: giriş şifrəsini qırın
Növbəti tapmacamızda öz casus bacarıqlarınızı yoxlayın.
Siz düşmən qərargahına daxil ola bilərsiniz? Giriş şifrəsini qırmağa cəhd edin!
Tapmaca 24
Düşmən qərargahına giriş əldə etmək üçün şifrəni yazmaq lazımdır. Siz müəyyən etmisiniz ki, açar - növbəti sayların bu ardıcıllığı ilədir:
1, 11, 21, 1211…
Beləliklə, gizli şifrə necədir?
Cavab
Şifrə birləşməsi - 111221.
Məsələnin həlli:
Hər say əvvəlkini təsvir edir. Belə ki, 11 - bir vahiddir(1), 21 - iki vahiddir (11), 1211 isə - bir dənə iki və bir vahiddir (21). Deməli sıra 1211 sayını təsvir edən birləşmə ilə - "bir vahid, bir iki, iki vahid"lə davam etməlidir. Yəni 111221.
Tapmaca "Ruby Redfort" kitablar seriyasının müəlifi Lauren Chield tərəfindən hazırlanıb. Daha ətraflı Today saytında.