Zehni məşqlər: tırtıl hansı sürətlə sürünəcək?
Bu günkü tapmacanı tapa bilərsiniz?
Uğurlar!

Şəklin mənbəyi, Getty Images
Tapmaca 26
Tırtıl saatda 9 metr sürətlə bostana doğru gedir. Gözlənildiyi kimi yeyib doyan tırtıl geri qayıdır. Tırtıl həmin məsafəni qət etməlidir, amma saatda 3 metrlə.
Tırtılın səfər zamanı orta sürəti neçədir?

Cavab
Orta sürət - 4,5 m/s.
Məsələnin həlli:
Ehtimal edək ki, tırtıl 9 metr məsafəni sürünməlidir (əslində məsafə əhəmiyyətli deyil, mühüm olan nisbi sürətdir).
Bu məsafəni qət etmək üçün tırtıla gedən zaman bir saat, geri qayıdan zaman isə 3 saat vaxt lazımdır. Çünkü yemək yedikdən sonra tırtıl yavaş hərəkət edir.
Ümumilikdə 4 saat ərzində o 18 metr sürünəcək.
Orta sürəti tənliyin köməyilə hesablamaq olar: məsafə ÷ vaxt = sürət.
Bu belə görünəcək: 18 ÷ 4 = 4,5
Digər tapmacalar burada baxa bilərsiniz.










