Zehni məşqlər: Ürək damasının tartaletkasını kim yeyib?
Beyni yaxşı vəziyyətdə saxlamaq üçün, bu tapmacanı tapmağa çalışın.
Ürək damasına kömək edin!

Şəklin mənbəyi, Getty Images
Tapmaca 7
Kimsə ürək damasının tartaletkasının hamısını yeyib! Ürək daması əmindir ki, onun tartaletkasını yeməyən valetlər ona düzünü deyəcəklər.
Amma digərləri (və ya biri), kim yeyibsə yalan deyəcək. O, onlardan soruşmağa başlayanda 5 valet aşağıdakıları söylədilər:
1-ci valet: "Onu bizlərdən biri yeyib".
2-ci valet.: "Onu bizlərdən ikisi yeyib".
3-cü valet: "Onu bizlərdən üçü yeyib".
4-cü valet: "Onu bizlərdən dördü yeyib".
5-ci valet: "Biz beşimiz birlikdə onu yemişik".
Valetlərdən neçəsi doğru cavabı verib? Onlardan hansı həqiqəti söyləyir?

Cavab
Yalnız 4-cü valet həqiqəti söyləyir.
Siz doğru cavabı başqa yolla da tapa bilərsiniz, lakin sizə belə bir izahat təqdim edirik: məntiqlə iddialardan yalnız biri doğru ola bilər. Lakin valetlərin hamısı müxtəlif versiyanı iddia edirlər. Beləliklə, onlardan yalnız biri həqiqəti söyləyir.
Əgər onlardan yalnız biri doğrunu söyləyirsə, deməli digər 4 nəfər yalan danışır. Demək 4 nəfər elə tartaletkanı yeyib. Burdan belə nəticə çıxır ki, 4-cü valet həqiqəti söyləyir.
Əgər valetlərin 5-i də yalan söyləyirsə, demək onlar tartaletkanı 5-i də birlikdə yeyib. Onda belə çıxır ki, 5-ci valetin iddiası doğrudur. Lakin bu məntiqə ziddir. Beləliklə, yalnız bir valet (4-cü) həqiqəti söyləyir.
Bu tapmaca Cambridge Universitetinin NRİCH layihəsindən götürülüb.ƏtraflıToday Programmesaytında.








