Zehni məşqlər: kim həqiqəti söyləyir?
Özünüzü sınaqdan keçirin və BBC-nin bu tapmacasını tapmağa çalışın.
Siz kimin yalan və ya kimin doğru danışdığını müəyyən edə bilərsiniz?
Uğurlar!

Şəklin mənbəyi, Getty Images
Tapmaca 2:
John deyir ki, Justin yalan danışır. Justin deyir ki, Tom yalan danışır. Tom isə deyir ki, həm Justin, həm də John yalan danışır.
Burdan belə bir nəticəyə gəlmək olar ki, onlardan üçü də ya hər zaman həqiqəti, ya da həmişə yalan danışır.
Onlardan hansı həqiqəti söyləyir?

Cavab
Justin həqiqəti deyir.
Əgər Tom John haqqında həqiqəti söyləyirsə, onda John Justin-i düzgün adlandırır. Burdan belə nəticə çıxır ki, Tom yalan danışır.
Digər tərəfdən, əgər John həqiqəti deyirsə, onda Justin Tom-u düzgün adlandırır. Biz belə müəyyən etdik ki, bu həqiqətə uyğun gəlmir. Belə çıxır ki, yalnız Justin həqiqəti danışır.
Tapmacanın müəllifi - Alex Bellos (ətraflı Today Programme saytında)
Əvvəlki tapmaca - burada. Yaxın günlərdə sizi daha bir neçə tapmaca gözləyir. Qaçırmayın!





