Zehni məşqlər: kafedə neçə stul var?

Bizim yeni tapmacamız kafedəki masalar və stullar barədədir. Riyazi biliklərinizi yoxlayın.

Uğurlar arzulayırıq!

Стулья

Şəklin mənbəyi, Getty Images

Tapmaca 22

Şəhər kafesindəki masaların 3, hər stulun 4, bütün ziyarətçilərin və 3 kafe işçisinin iki ayağı var.

Hər masa arxasında isə 4 stul var. Stullardan dörddə üçü dolu olan zaman kafedə cəmi 206 ayaq olur.

Kafedə necə stul var?

Question mark

Cavab

Kafedə 32 stul var.

Düzgün cavab müxtəlif yollarla alına bilər, aşağıda onlardan biri var.

206 çıxaq 6 ayaq, kafe heyətinə 200 ayaq məxsusdur.

Orta hesabla hər masada: masanın 3 ayağı, stulların 16 ayağı və ziyarətçilərin 6 ayağı (çünki biz bilirk ki, onlar kafedəki yerlərin dörddə birini məşğul ediblər), cəmi 25 ayaq.

200-ü bölürük 25-ə və masaların ümumi sayı - 8 alınır.

Beləliklə, hər masanın arxasında 4 stul dayandığına görə, stulların ümumi sayını bilmək olar - 32.

Tapmaca Cambridge universiteinin NRİCH layihəsindən götürülüb. Daha ətraflı Today Programme saytındadır.