Zehni məşqlər: Wimbledon turnirində neçə oyun var?

Özünüzü sınaqdan keçirin və planetin qədim tennis turniri barədə tapmacanı tapmağa çalışın. Uğurlar!

Роджер Федерер на Уимбдонском турнире

Şəklin mənbəyi, Getty Images

Tapmaca 17

Wimbledon turnirinin əsas hissəsində, kişi və qadınlar arasında 128 iştirakçı var.

Əgər onların sayını 512-yə qədər 4 dəfə artırsaq, turnirin sxeminə görə bir qalibin olması üçün neçə oyunun keçirilməsi lazım olacaq?

Question mark illustration

Cavab

511

Bu turnir pley-off sistemindən istifadə etdiyi üçün məntiqlə yalnız qalib məğlubedilməz olacaq.

Bütün digər iştirakçılar yalnız bir oyun oynadıqdan sonra məğlub olacaqlar.

Əgər 4 iştirakçı olsaydı o zaman turnir 3 oyunla yekunlaşardı - məğlub olanların da sayı 3 olardı.

İştirakçıların sayı 8 olsaydı 7 oyun olardı və məğlub olanların sayı da 7 təşkil edərdi.

İştirakçıların sayı 128-dirsə, deməli 127 məğlub və buna uyğun olaraq 127 oyun olmalıdır. Əgər iştirakçılar 512 nəfərdirsə, 511 məğlub və 511 oyun olacaq.

Bu tapmacanı Bobby Seagull və Eric Monkman Challenge Universiteti üçün hazırlayıb. Daha ətraflı məlumatı Today saytından əldə edə bilətsiniz.

Bütün tapmacalara buradan baxmaq olar.