Zehni məşqlər: su çəni hansı müddətə dolacaq?
Bizim yeni tapmacamız fizika və riyaziyyat həvəskarları üçündür. Uğurlar arzulayırıq!

Şəklin mənbəyi, Getty Images
Tapmaca 21
İki ayrı boru - A və B su üçün olan böyük çənə daimi sürətlə su verir.
A borusu boş çəni 1 saat 20 dəqiqəyə, B borusu isə çəni 2 saata doldurur.
Əgər iki boru suyu eyni zamanda verərsə, o zaman su çəni hansı müddətə dolar?

Cavab
A borusu çəni 1 saat 20 dəqiqəyə (4/3 saat) doldurur. Daha dəqiqi o, bir saat ərzində çənin 3/4 həcmini doldurur.
B borusu isə çəni iki saata doldurur və bu da o deməkdir ki, o, çənin yarısını (1/2) doldurur.
Əgər su hər iki borudan eyni vaxtda axarsa, o zaman suyun ümumi verilmə sürəti 3/4 + 1/2 = (3+2)/4 = 5/4 çənin bir saatdakı həcminə bərabər olacaq.
Buna uyğun olaraq hər iki borudan axan su çəni 4/5 saata, yəni 48 dəqiqəyə dolduracaq.
Tapmaca Sheffield universitetinin riyaziyyat və statistika məktəbi tərəfindən təqdim olunub.







