Zehni məşqlər: üzük hansı qutudadır?

Bilik və məntiqinizi bu günkü tapmacada yoxlayın. Uğurlar!

Three boxes

Tapmaca 19

Qədim zamanlarda Pandora adlı bir qız yaşayırdı. Pandora-nın bir pərəstişkarı var idi. Lakin Pandora ona ərə getməyə yalnız tapmacanı tapacağı təqdirdə razılıq verəcəkdi.

Onun üstü yazılı olan 3 qutusu var idi və o, üzüyü qutulardan birində gizlətmişdi. Yazılardan yalnız birinin doğru olduğunu düşünsək, o zaman üzük hansı qutudadır?

Qutudakı yazılar bunlardır:

Qızıl qutu: "Üzük bu qutudadır"

Gümüş qutu: "Üzük bu qutuda deyil"

Bürünc qutu: "Üzük qızıl qutuda deyil"

Question mark illustration

Cavab

Üzük gümüş qutudadır.

Əgər qızıl qutudakı yazı doğrudursa, o zaman gümüş qutudakı yazı da doğru olmalıdır. Lakin qutulardakı yazılardan yalnız biri doğru olmalıdır, ona görə də üzük qızıl qutuda deyil.

Əgər gümüş qutudakı yazı doğrudursa, onda qızııl və gümüş qutudakı yazılanlar da doğrudur. Lakin doğru yazı yalnız bir qutuda ola bilər, ona görə də üzük axtarışları davam edir. Əgər bürünc qutuda yazılan doğrudursa, demək digər iki qutuda yazılanlar yalandır. Burdan belə nəticə çıxır ki, üzük gümüş qutudadır.

Tapmaca BrainDen.com. saytından götürülüb.