Güclü sel zamanı Nepaldan Hindistana üzmüş kərğədan evinə qayıdıb

Kərgədan

Şəklin mənbəyi, Ishwor Joshi

Şəklin alt yazısı, Dişi kərgədan balası Nepaldakı evindən üzərək Hindistana keçib.

Nəsli tükənməkdə olan təkbuynuzlu kərğədan güclü sellə bərabər Nepal sərhəddini keçərək Hindistana çatdıqdan sonra onu xilas edərək evinə qaytarıblar.

Kərgədan balası güclü sellə bərabər Çitvan Milli Parkından 42km yolu üzüb. Onu Hindistanın Bagah kəndində tapıblar.

Daha dörd kərgədan hələ xilas edilməyib və biri ərazidə güclü seldən sonra ölü tapılıb.

Güclü yağışlar Nepala, Banqladeşə və Hindistanın bəzi hissələrinə ciddi ziyan vurub.

Nepalın Çitvan vadisində yerləşən heyvan parkında 600 kərgədan yaşayır və bu əraziyə ciddi ziyan dəyib.

Ötən həftə onlarla fil 500-ə yaxın adamı xilas etmək üçün əraziyə göndərilib.

40 adamdan ibarət komanda kərgədanı evə gətirmək üçün səy göstərib.

Şəklin mənbəyi, Ishwor Joshi

Şəklin alt yazısı, 40 adamdan ibarət komanda kərgədanı evə gətirmək üçün səy göstərib.
O, Çitvan parkındakı 600 kərgədandan biridir.

Şəklin mənbəyi, Ishwor Joshi

Şəklin alt yazısı, O, Çitvan parkındakı 600 kərgədandan biridir.

İki yaş yarımlıq kərgədanı Hindistandan gətirmək üçün 40 nəfər Nepal rəsmisi cəlb olunub.