"Müqəddəs Torpaq"-da qəlyanaltı və selfie-lər

Şəklin mənbəyi, Erica Canepa
Buenos-Aires şəhərinin mərkəzində, Terra Santa (Müqəddəs Torpaq) adlı parkın dünyanın ilk dini mövzuda salınmış park olduğu iddia edilir.
Terra Santa, İsa Peyğəmbərin zamanında Qüdsün küçələri necə idisə, o cür görünməyə cəhd edir.
Ziyarətçilər aktyorların İsa Peyğəmbərin həyatından səhnələrin göstərildiyi, plastik palma ağacları və heykəllərlə dolu dar küçələrlə gəzirlər.

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa
Parkın girişində gənc cütlüklər, turistlər və ailələrdən ibarət uzun növbə var.
Onlardan çoxu Argentinanın müxtəlif yerlərindən gəlib, amma xariciləri də sezmək mümkündür.
Dini ehtiram və yüngül əyləncəsi ilə unikal olan bu park bəzi qonaqlar üçün demək olar ki, müqəddəs ziyarətgaha çevrilib.

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa
Əyləncə parkının əsas obyekti Qolqofa dağ zirvəsinin gips replikasından bir saatdan bir qalxan, İsa Məsihin 18 metr hündürlükdə olan heykəlidir.
Bu mərasim ucadan oxunan Hendel Məsih xorunun ifası ilə müşayiət edilir.
Nəhəng İsa heykəli yüksəlişini başa çatdırdıqdan sonra, dağın dibində fırlanır, gözlərini yumur və ovuclarını çevirir - bütün bunlar ziyarətçilərdə böyük emosiya yaradır.

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa
Parkın bütün əməkdaşları İsanın erasından ruhlanan kostyumlar geyinir.
Qonaqlar qədim romalılar kimi geyinmiş təhlükəsizlik qvardiyası ilə şəkil çəkdirə və ya Yaxın Şərq motivləri ilə bəzənmiş kafedən vafli ala bilirlər.
Burada müasir həyatı yalnız səma xatırladır: park Jorge Newbery hava limanının yaxınlığında yerləşir və bir neçə dəqiqədən bir təyyarələr plastik palmaların üzərilə uçur.

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa

Şəklin mənbəyi, Erica Canepa
Fotoları Erica Canepa çəkib.







