"Meymun İsa Məsih" əsəri İspan şəhərinə turistlər cəlb edir
İsa Peyğəmbərin şəklinin bərpası işi onun korlanması ilə nəticələnəndən sonra dünya mediasının diqqətini cəlb etmiş bu ispan freskasının üzünə tale gülüb.
Yaşlı kilsə üzvü Cecilia Gimenez onu bərpa etməyə cəhd edəndən sonra, 19-cu əsrin Ecce Homo* divar naxışı "Meymun Məsih" ləqəbi qazanıb.
Amma bundan sonra izdiham İspaniyanın şimal-şərqində yerləşən Saragoza şəhərindəki kilsəyə gəlməyə başladı və bələdiyyə, əsəri görmək üçün gələnlərdən giriş haqqı tələb etmək qərarına gəldi.
Bərpa işindən bir il keçib və rəsmilər deyirlər ki, artıq 40 000 adam xanım Gimenez-in əl işini görmək üçün Saragoza şəhərinə gəlib. Bu, yerli xeyriyyə təşkilatına 50 000 avro qazandırıb.
*Ecce Homo (Latınca: "Baxın, insan") döyülmüş, əl-qolu bağlanmış, başına tikanlardan tac qoyulmuş İsa Peyğəmbəri qəzəbli izdihama təqdim edən Ponti Pilat tərəfindən İsa Məsih haqqında onun çarmıxa çəkilməsindən öncə söylənilən ifadə.
Ecce Homo həm də, İsa Peyğəmbəri tikanlı tacla göstərən sənət əsərlərinə verilən addır.