Şəkildə gizlənən heyvanları görə bilirsiniz?

    • Müəllif, Melissa Hogenboom
    • Vəzifə, BBC Earth

Təkamül prosesi nəticəsində bəzi bioloji növlər ətrafdakı mühitdən seçilməmək xüsusiyyətinə sahib olublar. BBC Earth müxbiri aşağıdakı 12 şəkildə olan heyvanları tapmağı təklif edir.

FOTO 1

Ən sadədən başlayaq. Görün, şəkildə adi limandanı (Limanda limanda) tapa bilirsinizmi?

FOTO2

Belə görünür ki, bu da yaxşı gizlənməyib. Tanış olun - qotik kəpənəyi (Orthosia gothica).

FOTO 3

Bu şəklə diqqətlə baxanda kiçik gecə qırğısını (Chordeiles acutipennis) görmək olar.

FOTO 4

Kürt yatan island qumsal quşu (Calidris canutus rogersi) gözə dəyməməyə çalışır.

FOTO 5

Gül hörümçəyi (Misumena vatia) özünə xudmani yer tapıb. Biz hörümçəyi görə bilsək də yırtıcılar onu xeyli axtarmalı olacaq.

FOTO 6

Bu sadəcə iki yarpağa bənzəyir: Elə deyilmi? Ama diqqətlə baxanda "yarpaqlardan" birinin kəpənək olduğunu görürsən.

FOTO 7

Burda da kimsə var? Daşlar arasında özünə yuva quran halqalı çovdarçı quşudur (Charadrius dubius).

FOTO 8

Yarpaq çəyirtkəsi (Cycloptera speculata) elə yamyaşıl yarpağa bənzəyir.

FOTO 9

Ağacın üstündəki gecə kəpənəyini (Cossus cossus) görmək asan deyil.

FOTO 10

Bu mərcan necə də gözəldir! Onun budaqlarına sarılan xırda dəniz ulduzlarıdır (Ophiuridae).

FOTO 11

Dişi adaçayı qırqovulu (Centrocercus urophasianus) otun arasında.

FOTO 12

Burada gizlənən kimdir? Qurd? Milçək? Çəyirtkə? Xeyr bu sıçrayan qurbağadır (Dana dalmatina)