Şəkildə gizlənən heyvanları görə bilirsiniz?

Şəklin mənbəyi, Constantinos Petrinos/Naturepl.com
- Müəllif, Melissa Hogenboom
- Vəzifə, BBC Earth
Təkamül prosesi nəticəsində bəzi bioloji növlər ətrafdakı mühitdən seçilməmək xüsusiyyətinə sahib olublar. BBC Earth müxbiri aşağıdakı 12 şəkildə olan heyvanları tapmağı təklif edir.
FOTO 1
Ən sadədən başlayaq. Görün, şəkildə adi limandanı (Limanda limanda) tapa bilirsinizmi?

Şəklin mənbəyi, Dan Burton/Naturepl.com
FOTO2
Belə görünür ki, bu da yaxşı gizlənməyib. Tanış olun - qotik kəpənəyi (Orthosia gothica).

Şəklin mənbəyi, Robert Thompson/Naturepl.com
FOTO 3
Bu şəklə diqqətlə baxanda kiçik gecə qırğısını (Chordeiles acutipennis) görmək olar.

Şəklin mənbəyi, Nussbaumer/Naturepl.com
FOTO 4
Kürt yatan island qumsal quşu (Calidris canutus rogersi) gözə dəyməməyə çalışır.

Şəklin mənbəyi, Gerrit Vyn/Naturepl.com
FOTO 5
Gül hörümçəyi (Misumena vatia) özünə xudmani yer tapıb. Biz hörümçəyi görə bilsək də yırtıcılar onu xeyli axtarmalı olacaq.

Şəklin mənbəyi, Alex Hyde/Naturepl.com
FOTO 6
Bu sadəcə iki yarpağa bənzəyir: Elə deyilmi? Ama diqqətlə baxanda "yarpaqlardan" birinin kəpənək olduğunu görürsən.

Şəklin mənbəyi, Stephen Dalton/Naturepl.com
FOTO 7
Burda da kimsə var? Daşlar arasında özünə yuva quran halqalı çovdarçı quşudur (Charadrius dubius).

Şəklin mənbəyi, Michel Poinsignon/Naturepl.com
FOTO 8
Yarpaq çəyirtkəsi (Cycloptera speculata) elə yamyaşıl yarpağa bənzəyir.

Şəklin mənbəyi, Pete Oxford/Naturepl.com
FOTO 9
Ağacın üstündəki gecə kəpənəyini (Cossus cossus) görmək asan deyil.

Şəklin mənbəyi, Constantinos Petrinos/Naturepl.com
FOTO 10
Bu mərcan necə də gözəldir! Onun budaqlarına sarılan xırda dəniz ulduzlarıdır (Ophiuridae).

Şəklin mənbəyi, Jurgen Freund/Naturepl.com
FOTO 11
Dişi adaçayı qırqovulu (Centrocercus urophasianus) otun arasında.

Şəklin mənbəyi, Gerrit Vyn/Naturepl.com
FOTO 12
Burada gizlənən kimdir? Qurd? Milçək? Çəyirtkə? Xeyr bu sıçrayan qurbağadır (Dana dalmatina)

Şəklin mənbəyi, Cyril Ruoso/Naturepl.com




