"Big Picture": Canlı təbiət mövzusunda foto müsabiqə

ABŞ-da, Kaliforniya Elmlər Akademiyası ikinci ildir canlı təbiət aləminə həsr olunmuş foto müsabiqəsi keçirir. San Francisco şəhərində keçirilən sərgidə bütün dünyadan göndərilmiş şəkillər iştirak edir.

Great egret (Ardea alba) Location: Gemenc Forest, Danube-Drava National Park, Hungary Photographer: Zsolt Kudich
Şəklin alt yazısı, Qurumuş gölün üzərinə toplaşmış leylək dəstəsi. Kaliforniya Akademiyasının təşkil etdiyi müsabiqəyə 69 ölkədən təqqdim olunmuş 6,000 iş arasında aparılmış yarışda Grand Prize əsas mükafata layiq görülmüş bu fotonun müəllifi Macarıstanı təmsil edir - Budapeştdən Zsolt Kudich.
Black rhinoceros (Diceros bicornis) Location: Malilangwe Wildlife Reserve, Zimbabwe Photographer: Hilary O’Leary
Şəklin alt yazısı, “Ümid edirik ki, təbiətə həsr olunmuş bu sərgi tamaşaçılarda canlı təbiətə marağı artıaracaq,” Akademiyyanın elm və davamlılıq sektorunun rəhbəri doktor Meg Lowman deyir. Hilary O’Leary-nin müəllifi olduğu bu fotoda kərgədan balası Zimbabvedə lentə alınıb. Foto Qoruq kateqoriyasında 1-ci mükafata layiq görülüb.
Japanese macaque (Macaca fuscata) Location: Jigokudani Monkey Park, Nagano Prefecture, Japan Photographer: Jasper Doest
Şəklin alt yazısı, Quruda yaşayan canlılar kateqoriyasında 1-ci mükafatın sahibi Hollandiyadan Jasper Doest olub: Yapon makakası, Jigokudani meymunlar parkı, Nagano prefekturası, Yaponiya.
Athel tamarisk (Tamarix aphylla) Location: Dubai Desert Conservation Reserve, United Arab Emirates Photographer: Mark Seabury
Şəklin alt yazısı, Dubay səhrasının qum təpəcikləri arasında tənha ağac. Landşaft, Dəniz və Flora kateqoriyasında 1-ci mükafat. Avstraliyalı fotoqraf Mark Seabury.
Spinyhead blenny (Acanthemblemaria spinosa) and stony coral (Colpophyllia sp.) Location: Bonaire, Caribbean. Photographer: Beth Watson
Şəklin alt yazısı, Beth Watson bu mərcanın fotosunu Karib adaları yaxınlığında çəkib. Dəniz Həyatı kateqoriyasında bu şəkil 1-ci mükafata layiq görülüb.
Bald eagle (Haliaeetus leucocephalus) Location: Memphis Zoo, Tennessee Photographer: Michael Pachis
Şəklin alt yazısı, Memfis zooparkında xilas edilmiş 3 qartal saxlanılır. Michael Pachis qartallardan birinin gölməçədə özünü suya vurduğunu görüb və quşu lentə alıb. Qanadlılar kateqoriyasında bu foto qalib çıxıb.
Kariba weed (Salvinia molesta) Location: Taoyuan, Taiwan Photographer: Yingting Shih
Şəklin alt yazısı, Təbiətin İncəsənəti kateqoriyasında 1-ci mükafatı Tayvandan Yingting Shih Karib yosunu fotosuna görə qazanıb. Shih köməkçi professor qismində Tayvanda Çin Texnoloji universitetində fotoqraf sənəti üzrə dərs deyir.
Great horned owl (Bubo virginianus) Location: Pincher Creek, Canada Photographer: Jenaya Launstein
Şəklin alt yazısı, Gənclik kateqoriyasında bu fotoya görə Jenaya Launstein 1-ci mükafat qazanıb. Fotoda taxıl anbarına sığınmış 3 gecəquşu əks olunub. Cənubi Alberta, Kanada. "The BigPicture Natural World Photography Competition" sərgisi iyulun 31-dən noyabrın 2-dək ABŞ-da Kaliforniya Elmlər Akademiyasında, San Francisco şəhərində keçiriləcək.