Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
Son yeniləmə: 04 İyul, 2011 - Published 11:01 GMT
Dostunuza göndərinÇap versiyası
Stinq Qazaxıstana səfərini ləğv edib
Sting
Britaniya pop ulduzu Stinq Qazaxıstana konsert səfərini ləğv edib. O, bununla bir neçə həftədir ki, tətilə çıxmış neftçilərə qarşı repressiyalara etiraz etdiyini deyib.

Öz veb saytında yayımladıdığı bəyanatda Sting bildirib ki, əgər Astanada konsert versəydi, piket xəttini keçmiş və Qazaxıstan prezidenti Nursultan Nazarbayevi dəstəkləmiş olardı.

Stinqin Qazaxıstan paytaxtı Astanada konserti bazar ertəsi keçirilməli idi.

Müğənni deyib ki, Amnesty International insan haqları qrupu ona Qazaxıstanda yüzlərlə neftçinin maaşların artırılması üçün tətil etdiyi və onlara təzyiqlər edildiyi barədə məlumat verib.

Stinq "repressiya və təzyiqləri" qəbuledilməz adlandırıb.

Minlərlə neftçi Qazaxıstanda mayın 26-da maaşlarının azaldıldığını iddia edərək tətilə çıxıb.

Polis icazəsiz etiraz aksiyalarında iştirak etdikləri üçün tətil edənləri saxlayıb.

Neft şirkəti UzenMunaiQazın sözçücü 250 işçinin müqavilə şərtlərini pozduğu üçün işdən azad edildiyini deyib.

"Qazaxıstanın müsbət dəyişikliyə ümid edən qaz və neft işçiləri və onların ailələrinin bizim dəstəyimizə və beynəlxalq medianın diqqətinə ehtiyacı var" - müğənni öz bəyanatında belə söyləyib.

Bundan öncə isə konsertin qazaxıstanlı təşkilatçıları onun "təşkilati və texniki səbəblər üzündən" ləğv olunduğunu bildirmişdi.

Keçmiş Sovet İttifaqının ən repressiv rejimlərindən biri kimi tanınan Özbəkistanda 2009-cu ildə konsert verəndən sonra Stinq təzyiqlərə məruz qalmışdı.

SON XƏBƏRLƏR
Dostunuza göndərinÇap versiyası
BBC Copyright Logo^^ Səhifənin əvvəlinə qayıdın
Ön səhifə|Hava|Proqramlar|Tezliklər
BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
Kömək|Bizimlə əlaqə saxlayın|Anonimlik