|
İran Parlamentinin spikeri Əli Laricani Bakıda olub. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
O səfər əsnasında deyib ki, Bakı və Tehran, aralarındakı iqtisadi əlaqələri genişləndirməlidirlər. Cənab Laricani iki ölkə arasındakı siyasi münasibətləri qənaətbəxş adlandırıb. O həmçinin bildirib ki, İran Məclisi ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verməyə hazırdır. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, İran və Azərbaycan arasında qardaşlıq münasibətləri mövcuddur. O həmçinin bildirib ki, Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlığı bundan sonra da inkişaf etdirilməlidir. Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşündə Əli Laricani deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin təklifi ilə keçiriləcək İran-Türkiyə-Azərbaycan danışıqları Naxçıvanda baş tutacaq. Cənab Laricani bildirib ki, bu görüşdən çox şey gözləyir, beləki regional problemlər region ölkələri arasında müzakirə edilməlidir. Amerika Birləşmiş Ştatlarının Əfqanıstana müdaxiləsini tənqid edən Laricani bildirib ki, hazırda regionun terrorçuluq və narkotik maddə qaçaqmalçılığı kimi problemləri var. Yaxın Şərq və Şimali Amerikada baş verən inqilablara münasibət bildirərkən İran Məclisinin rəhbəri deyib ki, bu vəziyyətə iki bucaqdan baxılmalıdır. Burada həm xalqların diktatorlardan yaxa qurtarmaq arzusu var, həm də Qərbin avantürası. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||