Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
Son yeniləmə: 03 İyul, 2011 - Published 16:05 GMT
Dostunuza göndərinÇap versiyası
Suriyada Əsəd ailəsinə qarşı etirazlar səngimək bilmir
assads
Beyrutda mənzillənmiş Suriya müxalifəti bildirir ki, hökumət qoşunları paytaxt Dəməşqin şimalında yerləşən Hama şəhərində etirazçılara qarşı əməliyyata başlayıblar.

Şənbə günü prezident Bəşər əl-Əsəd Hamanın icra başçısını vəzifəsindən azad edib.

Hamadan gələn xəbərlərdə deyilir ki, şəhərin küçələrinə tanklar və qoşun hissələri çıxarılıb.

Keçən həftə xəbər verilirdi ki, Hamadakı təhlükəsizlik qüvvələri oradan çıxarılıblar.

Bundan sonra verilən xəbərlərdə isə deyilirdi ki, Hamadan atəş səsləri gəlir.

Orada prezident Bəşər əl-Əsədin istefasını tələb edən izdihamlı nümayişin keçirildiyi xəbər verilib.

Hama şəhəri Əsəd zümrəsinə nifrəti ilə fərqlənən yerdir.

Burada 1982-ci ildə indiki prezidentin atası Hafiz minlərlə insanın qətlə yetirilməsinə göstəriş verib.

SON XƏBƏRLƏR
Dostunuza göndərinÇap versiyası
BBC Copyright Logo^^ Səhifənin əvvəlinə qayıdın
Ön səhifə|Hava|Proqramlar|Tezliklər
BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
Kömək|Bizimlə əlaqə saxlayın|Anonimlik