Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
Son yeniləmə: 05 Mart, 2010 - Published 11:57 GMT
Dostunuza göndərinÇap versiyası
1915-ci il qətlləri barədə iki zidd tarixçi mövqe
Ruanda
Ruandada soyqırıma şübhə edən yoxdu. Beləki, Hutular tutsiləri məhv etmək niyyətini açıq elan edirdilər
ABŞ-ın Nümayəndələr palatasının Xarici İşlər Komitəsi cüzi səs çoxluğu ilə 1915-ci ildə ermənilərin soyqırıma məruz qaldıqlarını tanıyan qətnaməni qəbul edib.

Tarixşünaslar razılaşırlar ki, Birinci Dünya Müharibəsi illərində Türkiyədə erməni mülkiləri kütləvi surətdə həlak olublar. Bu ermənilərin bir hissəsi rusların tərəfinə keçərək türklərlə qarşı vuruşanda baş verib.

Lakin bu hadisələrin beynəlxalq konvensiyalara uyğun olaraq soyqırım olmasına dair fikirlər haçalanır.

Aşağıda iki tanınmış amerikalı siyasi elmlər üzrə professorun fikirlərini təqdim edirik.

Onlardan biri erməni soyqırımının baş verdiyini deyir, digəri isə baş verənlərin soyqırım termininə uyğun olmadığını sübut edir.

Ronald Suny, Miçiqan Universiteti

"Osmanlı imperiyasının hökumətinin 1915-ci ildə ermənilərin kütləvi deportasiyası və qətliamının soyqırım formasında həyata keçirməsini inkar edənlərin arqumentlərini aşağıdakı kimi yekunlaşdırmaq olar:

- Soyqırım olmayıb və qətllər ermənilərin öz günahıdır. Onlar yaşadıqları dövlətə qarşı üsyana qalxıblar və layiq olduqları cəzanı alıblar.

- Hakimiyyətin ermənilərin kökünü bir xalq kimi kəsmək niyyəti və ya planı yox idi.

Lakin, təəssüf ki, bir çox tarixçilər bilirlər ki, 1915-ci ildə türk hökumətindən verilən əmrlərdə:

- Osmanlı ordusunda xidmət edən erməni əsgərləri edam etmək
- 24 apreldə erməni ziyalılarını və parlament üzvlərini həbs etmək, deportasiya etmək və (sonradan öldürmək)

- Anadoluda qadınları, uşaqları və yaşlıları evlərindən qovaraq Suriya səhrasına çıxarmaq kimi göstərişlər verilirdi.

Bunun nəticəsində, 600 mindən 1.5 milyona kimi insan tələf oldu. Van və Musa Dağ kimi yerlərdə ermənilər müqavimət göstərdilər. Minlərlə erməni Rusiyaya qaçdı.

Cavab verilməsi çətin olan sual Gənc Türklər rejiminin niyə soyqırım törətməsidir.

Onun liderləri buna cavab veriblər: Ermənilər ölkəyə hücuma keçmiş rus ordusuna müttəfiq olaraq, daxili təhlükə təşkil edirdilər. Ermənilərin yaxşı biznes bacarıqları, avropasayağı maneraları müsəlmanlar arasında narazılıq yaradırdı. Hakimiyyət düşünürdü ki, daha türk, daha islami imperiya, onların rejiminin gələcəyini təmin edirdi.

Təhlükənin ciddiliyi və sağ qalmaq naminə addımlar həm ermənilər və həm də Osmanlı dövləti üçün fəlakətlə nəticələndi."

Günter Lyui, Masaçuset universiteti

"1948-ci ildə qəbul edilmiş Genosid Konvensiyasına əsasən, soyqırım üçün əsas şərt məqsədin olmasıdır. Hansısa milli, etnik, irqi və ya dini qrupu məhv etmək niyyəti.

Ona görə bu müzakirədə həlledici sual Osmanlı dövlətində yaşayan ermənilər arasında nəhəng itkilərin olub-olmaması deyil, Gənc Türklər rejiminin bilərəkdən onları qırıb sonuna çıxmaq niyyətində olub-olmamasıdır.

Ola bilsin ki, ermənilərin əksər hissəsinin Osmanlı dövlətinin içərilərinə köçürülməsi müharibə şəraitində aparılmış uğursuz təhlükəsizlik tədbiri olub, nəinki bilərəkdən erməniləri öldürmək proqramının bir hissəsi.

Bu relokasiya əməliyyatının bir çox aspektləri bu mövqeni dəstəkləyir:

Konstantinopol, Smırna və Alepponun iri erməni icmaları heç yerə köçürülməmiş və müharibədən demək olar ki, salamat çıxmışdılar.

Analoq gətirsək, bu elə bil ki, Hitlerin Berlin, Köln və Münhendə yaşayan yəhudiləri holokost proqramına daxil etməməsinə bərabərdir.

Çoğrafi yerindən və yerli rəsmilərin münasibətindən asılı olaraq, relokasiyanın həyata keçirilməsi tərzi fərqli idi. Bir çox yerlərdə protestant və katolik erməniləri heç yerə köçürmədilər. Eyni şeyi müsəlmanlığı qəbul edən və ya buna məcbur edilən ermənilər haqda demək olar.

Cənubi Suriyaya və Fələstinə göndərilən ermənilərin əhəmiyyətli hissəsi sağ qaldı.

Osmanlı tarixinin ən tanınmış tədqiqatçıları Bernard Lüiz və Əndrü Manqo da soyqırım möhürünün yersiz olması fikrindədirlər.

Biz etiraf etməliyik ki, söhbət olduqca böyük tarixi ziddiyyətdən gedir. Bu ziddiyyəti isə siyasətçilər deyil, alimlər çözməlidirlər."

SON XƏBƏRLƏR
Dostunuza göndərinÇap versiyası
BBC Copyright Logo^^ Səhifənin əvvəlinə qayıdın
Ön səhifə|Hava|Proqramlar|Tezliklər
BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
Kömək|Bizimlə əlaqə saxlayın|Anonimlik