|
Çeçen yaraqlı komandiri Şamil Basayev qətlə yetirilib | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rusiyanın Təhlükəsizlik Xidmətinin başçısı deyib ki, çeçen yaraqlı komandiri Şamil Basayev qətlə yetirilib. Televiziya ilə Nikolay Patruşevin prezidentə bu xəbəri çatdırması nümayiş etdirilib. Basayev müstəqillik uğrunda kampaniyanın bir hissəsi kimi silsilə hücumları gerçəkləşdirməkdə günahlandırılırdı. Buraya Beslanda məktəbin mühasirəyə alınması və Moskva teatrında girov böhranı da daxildir. Beslan olayları zamanı 300-dən çox adam qətlə yetirilmişdi. Cənab Patruşev deyib ki, Basayev ötən gecə İnquşetiya Respublikasında həyata keçirilən əməliyyat zamanı məhv edilib. O bildirib ki, cənab Basayev səkkizlərin sammiti ilə əlaqədar yeni hücumlar planlaşdırırdı. Şamil Basayev 1965-ci ildə Çeçenistandakı dağ kəndi Dışne-Vedenoda doğulub. Sovet dövründə Volqoqrad vilayətində mövsümi işlərdə çalışıb. Moskvada mühəndis ixtisası üzrə təhsil alıb ancaq davamiyyətinə görə institutdan xaric edilib. 1993-cü ildə onun rəhbərlik etdiyi dəstə Abxaziyada gürcü dəstələrinə qarşı döyüşlərdə iştirak edib. 1994-cü ildə Basayev Çeçenistanda ən əhəmiyyətli fiqurlardan birinə çevrilib. Onun 2 minlik dəstəsi Cöhvər Dudayevi Rusiyayönlü müxalifətlə mübarizədə dəstəkləyib. 1995-ci ildə Basayevin dəstəsi Vedeno yaxınlığında böyük itkilər verdi, həmin il iyunun 3-də isə onun evinə bomba düşərək, xanımı və uşaqları həlak oldu. Bu hadisələrdən 11 gün sonra Basayev Budyonovsk şəhərindəki xəstəxanaya hücum etdi və bu onu Rusiyanın 1 nömrəli düşməni etdi. 2 çeçen müharibələri arasında Basayev vəhhabilərlə yaxınlaşdı, o hətta Rusiyaya qarşı mübarizədə kütləvi qırğın silahının tətbiq edilməsindən danışırdı. 2003-cü ildə ABŞ-ın Dövlət Departamenti və BMT Basayevi beynəlxalq terrorçular siyahısına daxil edib. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||