Sovetski: bina qalır, ornamentlər sökülür
"Dünyanın heç bir yerində belə, mülkiyyətçi evində otura-otura gəlib demirlər ki, bina qalır, bizə binanın üzü lazımdır. Dünyanın heç bir yerində belə oyun yoxdur", üzü sökülən binanın sakini Faiq Əliyev deyir.
Söhbət bina üzərindəki tarixi ornamentlərin sökülməsindən gedir.
Faiq Əliyevin dediyinə görə, bina üzərindəki nar, günəbaxan, əncir, zümrüd qaşlardan ibarət olan bu tarixi ornamentlər bir əsir bundan əvvəl şərq üslübunda, daşdan əllə oyularaq hazırlanıb. Ərazidə işləyənlər ornamentlərin muzeydə saxlanılması üçün söküldüyünü desə də Faiq Əliyev bunun başqa məqsəd güddüyünü düşünür.
"Burda məqsəd, bu binaya müdaxilə üçün heç nə tapa bilmədiləır. İndi bunu sökürlər sonra da deyəcəklər ki, bina yararsızıdır", sakin belə düşünür.
Ərazidə olan iş icraçısı Rövşən Şirinov binanın söküntüsündən xəbərsiz olduğunu deyir. Amma əmin edir ki, sökülən hər naxış üçün akt tərtib olunacaq.
Onun sözlərinə görə, bundan əvvəl də Mirzəağa Əliyev 102 ünvanındakı bina üzərindən eyni qayda ilə 96 ədəd tarixi ornamentlər sökülərək nazirliyə təhvil verilib. Bu ornamentlərin söküntüsünü isə təqribən 2 həftəyə yekunlaşacağını deyir.
Video reportajı BBC Azərbaycanca müxbiri Elnarə Məmmədova hazırlayıb.