Bakıdan İngiltərəyə gəlmiş sahibsiz itlər

Bu yaxınlarda Bakı küçələrindən xilas edilmiş bir neçə sahibsiz it dünyanın müxtəlif ölkələrində yerləşən heyvan sığınacaqlarına və ailələrə göndərilib.

İngiltərənin Bristol şəhəri yaxınlığında yerləşən Holly Hedge Heyvan Sığınacağında da Azərbaycandan gəlmiş dörd it saxlanılır.

Onlar bura heyvansevər və Bakı Heyvanları Xilas Mərkəzində (BARS) könüllü işləmiş Jennifer Wylie və həmkarlarının təşəbbüsü ilə gətirilib.

Müxbirimiz Vüsal Həmzəyev sığınacaqdakı itlərlə görüşüb, Jennifer Wylie və sığınacağın rəhbəri Pauline Leeson-dan müsahibə alıb.