İt olmağı öyrənən donuz
ABŞ-ın Seattle şəhərində itlər üçün keçirilən idman təlimlərinin ulduzu Amy adlı donuz balasıdır.
O, beş aylıqdır və artıq "küçük olmaq" mərhələsini keçərək, itaət treninqlərinə adlayıb.
Amy-nin sahibi Lori Stock deyir ki, onun donuzu bəzi itlərdən daha ağıllıdır və təlimləri tez qavrayır.