Yunanıstanda miqrantların xilası

Yunanıstan hökuməti ilin əvvəlindən dəniz yolu ilə ölkəyə 18 min miqrantın gəldiyini bildirib. Bu, 2014-cü il ərzində ölkəyə gələn miqrantların ümumi sayına yaxın rəqəmdir.

Yunanıstanın Sahil Mühafizə Xidməti demək olar ki, hər gün Türkiyədən gələrkən dənizdə bəlaya düşən adamları xilas edir.

Onların reydlərindən birində BBC müxbiri Murad Şişani iştirak edib. O, beynəlxalq televiziyanı təmsil edən ilk jurnalistdir ki, Yunanıstan xilas gəmisinə giriş əldə edə bilib.