Liviya: Afrika miqrantlarının Avropa körpüsü
Son günlər Liviyadan Avropaya miqrant axını siyasi gündəmin üst sətirlərini zəbt edib. Dəyərlədirmələrə əsasən Aralıq dənizini minlərlə adam keçməyə cəhd edib. Bəziləri buna nail ola bilməyib.
Avropaya çatmaq üçün adamlar həyatlarını risk altına qoymaqdan çəkinmirlər. Buna səbəb nədir. Bu suala cavab tapmaq üçün BBC Ərəb Xidmətinin müxbiri Feras Kilani Liviyanın Zintan şəhərinə baş çəkib.