Everestə alpinist mövsümü davam edəcək
Nepal rəsmiləri gələn həftə zirvəyə aparan yolun təmirindən sonra alpinistlərin yenidən Everestə qalxa biləcəklərini elan edirlər.
Şənbə günü baş verən zəlzələdən sonra əmələ gələn qar uçqunu Everestdəki alpinist bazasını darmadağın edərək 18 adamın ölümünə səbəb olub.
Təbii fəlakətdən sonra bu ilə nəzərdə tutulmuş alpinist ekspedisiyalarının təxirə salınacağı güman edilirdi.
Lakin Nepalın Turizm Nazirliyi təmir işlərinin 3 günə tamamlanacığını deyərək alpinist sezonun davam etdiriləcəyi barədə qərar verib.
Rəsmi məlumata görə 7.8 bal gücündə olan zəlzələdə ən azı 5,500 adam həlak olub, 11 mindən artıq insan isə xəsarət alıb. Yeraltı təkanlar böyük dağıntılar törədib. 70 mindən artıq ev uçub və infrastrukturun işi pozulub.
