Niderlandda şimpanze video dronu yerə salıb
Niderlanddakı bir zooparkda, bahalı video drondan istifadə etməklə şimpanzelərin yeni görüntülərini çəkməyə çalışıblar. Lakin işlər plana uyğun getməyib.
Şimpanzelərdən biri, 23 yaşlı dişi Tushi-nin cihazdan xoşu gəlməyib və tələsik onu yerə endirib.
Zooparkdan bildiriblər ki, onlar iki min dollarlıq dronun xərclərini siləcəklər.
Onların söylədiyinə görə, hadisəyə görə bir elə də təəccüblənməyiblər. Tushi həmişə çubuqlardan istifadə etməkdə mahir olub.

