Qoyun tamaşası Seul kafesinin biznesinə yeni nəfəs verib

Seuldakı kafenin sahibi qoyun ilində biznesini canlandırmaq üçün canlı qoyun amilindən istifadə etmək qərarına gəlib.

Qoyunların masalar arasında var-gəl etməsini müştərilər rəğbətlə qarşılayıb.

Kafe sahibi Lee Kwang-Ho deyir ki, bu yolla o, paytaxtın urbanistik mühitinə, canlı təbiətin nəfəsini qatmaq istəyib.

Qoyunlar həqiqətən də kafe sahibinin biznesində canlanmaya səbəb olub.

Onları görmək, sığallamaq xətrinə kafeyə gələnlərin sayı rekord dərəcədə artıb.

Kafe müştərilərini əyləndirən qoyunlar hər gün gəzintiyə çıxarılır və ayda bir dəfə çimizdirilir.