Bez geyinən keçi balası itə bənzəmək istəyir
İngiltərədə xəstəlikdən sağalmış körpə keçi bir evi bölüşdüyü itlər kimi davranmağa başlayıb, sahibi deyir.
Lily adlı keçi balası doğulandan üç həftə sonra anasının yanında xəstələnir və ağır vəziyyətdə baytar yanına aparılır.
Sahibi Rebecca Mineards evdə bez geyinən Lily-nin tezliklə anasının yanına qayıdacağına ümid edir.
Bu arada isə o, evdəki itlərlə oynayır.
