Faiq Əhməd - xalça stereotiplərini qıran rəssam
Azərbaycanlı rəssam Faiq Əhmədin yaradıcılığında xalça mərkəzi yer tutur. Rəssamın bu sahədə yaratdığı əsərlər bir neçə mötəbər sərgilərə çıxarılıb.
"İncəsənətin insanlarla ünsiyyət" forması olduğunu deyən Faiq Əhməd yaradıcılığı ilə bağlı BBC Azərbaycanca ilə bölüşüb.
O, BBC Azərbaycanca müxbiri Şəhla Əliquliyeva ilə söhbətə xalça ilə bağlı ideyanın necə yarandığını izah etməklə başlayıb.

