Caz ifaçısı Şahin Növrəsli Londonda çıxış edib

Cümə axşamı Londonda azərbaycanlı caz ifaçısı Şahin Növrəsli Pizza Express Soho caz klubunda çıxış edib.

Britaniyanın Guardian qəzetinin resenzenti John Fordhama əsasən Növrəslinin "virtuozluğu çox vaxtı heyranedicidir".

"Onun ifası mükəmməl, sürəti isə valehedicidir", Fordham <link type="page"><caption> yazır</caption><url href="http://www.theguardian.com/music/2014/feb/06/shahin-novrasli-bayati-review" platform="highweb"/></link>.

Şahin Növrəsli iki saat davam edən çıxışında müxtəlif üslublarda, o cümlədən muğamı sintez edən mahnılar ifa edib.

BBC Azərbaycancaya müsahibəsində o, ona təsir edən ifaçılardan, müxtəlif ölkələrdəki təcrübəsindən danışıb.

Onunla Leyla Nəcəfli söhbət edib.