Londonda azərbaycanlı rəssamın sərgisi keçirilib
Azərbaycanlı rəssam Ülvi Pepinova cümə axşamı Londonda sərgisini keçirib.
"Şüşə Buta və Sonsuz arzular" adlı sərgidə o, şüşə və kətan üzərində yaratdığı əsərlərini nümayiş etdirib.
Azərbaycanda, Rusiyada və Türkiyədə yaşamış Ülvi Pepinova hazırda London sakinidir. O, həmçinin Mesxeti türklərinin "Vətən" Beynəlxalq Cəmiyyəti idarə heyətinin üzvüdür.
O, BBC Azərbaycancaya müsahibəsində sənəti haqqında danışıb.