Sotheby's sərgisi: hakimiyyət seçimlərə təsir edirmi?

Londondakı məşhur Sotheby's qalereyasında Cənubi Qafqazdan, Orta və Mərkəzi Asiyadan seçilmiş rəsmlərin satış sərgisi keçirilib.

Sərginin kuratoru, Sotheby's-in MDB ölkələri üzrə eksperti Suad Qarayeva BBC Azərbaycancaya sərgidə nümayiş olunan rəsmlər, onların necə seçilməsi və bu cür sərgilərdə hökümətə yaxın olan adamların daha çox dəvət olunması barədə fikirlərə münasibət bildirib.

Suad Qarayeva ilə BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli söhbət edib.

Videodakı əsərlər:

HERA BAYUSTASCİYAN – “In Situ/Mövqedə” (2013) EVGENY BOYKOV – “The Silk Road/İpək Yol” (2002) TAIR SALAHOV – “Spain, Granada/İspaniya, Granada” (1970-ci illərin sonu) FAIQ ƏHMƏD – “Hollow/Boşluq” (2012) RƏŞAD ƏLƏKBƏROV – “Shabaka/Şəbəkə” (2011) TAMARA KVESİTADZE – “Man and Woman/Kişi və Qadın” (2007) MERAB ABRAMİŞVİLİ – “Paradise/Cənnət” (1993) TOĞRUL F. NƏRİMANBƏYOV – “Bazaar in Sheki/Şəki Bazarı” (1987) RAHİM ƏHMƏDOV – “For Whom/Kimin Üçün” (1975) AİDA MAHMUDOVA – “Untitled/Adsız” (2013) RAUF MƏMMƏDOV – “Supper at Emmaus/Emmanusda Şam Yeməyi” (2007) ALMAGÜL MENLİBAYEVA – “Red Butterfly/Qırmızı Kəpənək” (2013) VYAÇESLAV (YURİ) USEİNOV – “Territory of the Sky/Göy Ərazisi” (2009)