Fransa prezidenti Francois Holande-ın Bakıda rəsmi görüşləri
Mayın 11-də Azərbaycana gələn Fransa prezidenti Francois Hollande-ın Bakıda rəsmi görüşləri keçirilib.
Cənab Hollande-ın iştirak etdiyi Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimində bir sıra sənəd, o cümlədən "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu" imzalanıb.
Memorandumu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Fransanın Azərbaycandakı səfiri Pascal Meunier imzaladılar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlərin mətbuat konfransı keçirilib.
Konfransın əvvəlində prezidentlər bəyanatlarla çıxış edib.
Cənab Hollande çıxışında Ukraynadakı böhrana də münasibət bildirib.
"Biz bir ölkənin digər tərəflərlə əməkdaşlığına qarşı deyilik", o deyib. "Biz ölkələrin öz qonşuları ilə ən yaxşı əlaqələri saxlayaraq öz gələcəyi barədə sərbəst seçim etmələrinin tərəfdarıyıq. Bu həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstana aiddir".