Misir: yeni etirazlarda ölənlər var
Misirdə dervilmiş prezident Məhəmməd Morsi tərəfdarlarının yürüşlərində zorakılıq müşahidə olunarkən Qahirədə ən azı 20 adam ölüb.
BBC-nin Qahirədəki müxbiri Jeremy Bowen mərkəzi Ramses meydanının yaxınlığında 11 meyit və bir sıra ağır xəsarət almış adam görüb.
İki gün bundan əvvəl Müsəlman Qardaşlarının yaratdığı düşərgələrin dağıdılması ən azı 638 adamın ölümü ilə nəticələnib.
Eritazlar Qahirənin kənarında da keçirilir. Cümə günü Misirin müxtəli hissələrində ən azı 12 adamın ölməsi barədə məlumat daxil olub.
İyulun 3-də ordunun cənab Morsini devirməsinə işarə edən etirazçıların şüarı - "xalq çevrilişi devirmək istəyir".
Hazırda Misirdə fövqəladə vəziyyət elan edilib və çərşənbə günü baş verən zorakılığa görə polisə özünü qoruma məqsədilə silah işlətmək icazəsi verilib.
Bu hadisələr fonunda Misirin müvəqqəti liderləri ABŞ prezidenti Barack Obamanın tənqidinə məruz qalıb.
Cümə axşamı cənab Obama hökümətin hərəkətlərini pisləyib.
O bildirib ki, vətəndaşlar öldürülən zaman əməkdaşlıq baş tuta bilməz.
Misir rəsmiləri deyib ki, Obamanın sözləri “faktlara əsaslanmayıb” və “silahlı qüvvələri qızışdıracaq”.